Yuxarı

Ukraynaya bu atəşkəs lazımdırmı? - Ekspert açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynaya bu atəşkəs lazımdırmı? - Ekspert açıqladı

Hava limanlarına hücumların dayandırılması və uçuşların bərpası ideyası ilk növbədə ölkədən getmək üçün resursu və imkanı olan insanlara sərfəlidir. Bu isə cəmiyyətdə parçalanmanı daha da gücləndirə bilər.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert və təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı İvan Stupak deyib.

“Mənim fikrimcə, bu, müharibəni əhalinin müəyyən təbəqəsi üçün komfort rejiminə keçirmək cəhdidir. Hava limanlarının açılması nə üçündür? Xaricə rahat uçmaq üçün. Axı söhbət Ukrayna daxilində uçuşlardan getmir. Xaricə kimlər uça bilər? Belə imkanı və hüququ olan insanlar. Bu, müharibəni imkanlı şəxslər üçün rahat şəraitə çevirmək cəhdidir. Buna görə də bu, tamamilə yanlış yanaşmadır”, – deyə o bildirib.

Ekspertin fikrincə, bu addım cəmiyyəti iki hissəyə böləcək: bir tərəf ölkədən çıxıb rahat yaşayacaq, digər tərəf isə müharibənin içində qalacaq:

“Bizim üçün əsas məsələ bu deyil. Əsas məsələ enerji sahəsində atəşkəsə nail olmaqdır, çünki bizim enerji infrastrukturu ciddi şəkildə dağıdılıb”.

O əlavə edib ki, Rusiya üçün belə təşəbbüsün xüsusi əhəmiyyəti yoxdur. Çünki Vladimir Putin və ölkə rəhbərliyinin səfərləri mülki aviasiyadan asılı deyil və ayrıca təmin olunur.

Qeyd edək ki, Ukrayna Avropaya Rusiya ilə danışıqlarda vasitəçi kimi çıxış etməyi təklif edib və bunun üçün kiçik addımdan – hava limanlarına qarşılıqlı zərbələrin dayandırılmasından başlamağı irəli sürüb.

Tarix
2026.05.14 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla