Yuxarı

Çarukyanın seçki platformasında Qarabağla bağlı bənd

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çarukyanın seçki platformasında Qarabağla bağlı bənd

Rusiyayönlü siyasətçi olaraq tanınan Qagik Çarukyanın sədrlik etdiyi müxalif Çiçəklənən Ermənistan Partiyası seçkiqabağı platformasını açıqlayıb.

Axar.az xəbər verir ki, platformada Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı “xüsusi bənd” də yer alır və mətndə müharibəyə təşviq açıq-aydın hiss olunur.

Çiçəklənən Ermənistan Partiyası mətndə Qarabağı “Artsax” adlandırmaqla faktiki olaraq Azərbaycana qarşı torpaq iddiasını təsdiqləyir.

“Beynəlxalq hüquq və beynəlxalq mexanizmlər çərçivəsində geri qayıtmaq hüququ da daxil olmaqla, ədalətli və davamlı sülhün təmin edilməsi kontekstində Artsax ermənilərinin fundamental hüquqlarının tanınması və qorunmasının ardıcıl şəkildə təşviqi aparılacaq. Artsaxın mənəvi və mədəni irsinin qorunmasına yönəlmiş sistemli addımlar atılacaq”, - platformada bildirilib.

Eyni zamanda, partiya qalib gələcəyi təqdirdə xarici siyasət prioritetlərini də açıqlayıb:

“Rusiya ilə münasibətlər, o cümlədən əhəmiyyətli hərbi-texniki modernləşmə perspektivi strateji xarakter daşıyacaq, Türkiyə və Azərbaycanla isə praqmatik, balanslı münasibətlər inkişaf etdiriləcək”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq prezident Robert Köçəryanı, Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanı və Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyanı “üçbaşlı müharibə partiyası” adlandırır və onları yeni müharibəni təşviq etməkdə günahlandırır.

Tarix
2026.05.20 / 14:25
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla