Yuxarı

MOSSAD rəhbəri vəzifədən getdi - İranla bağlı çağırış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MOSSAD rəhbəri vəzifədən getdi - İranla bağlı çağırış

İsrailin xarici kəşfiyyat xidməti olan MOSSAD-ın rəhbəri vəzifəsindən ayrılan David Barnea İranda mövcud siyasi sistemin dəyişdirilməsi ilə bağlı diqqətçəkən açıqlama verib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Barnea təqaüdə yola salınması münasibətilə keçirilən mərasimdə çıxış edərək, İsrail İranla bağlı strateji məqsədlərindən geri çəkilməməli olduğunu bildirib.

Onun sözlərinə görə, son hərbi qarşıdurmalardan sonra İran hakimiyyəti tarixinin ən çətin və zəif dövrlərindən birini yaşayır və bu vəziyyət İsrail üçün yeni imkanlar yaradır.

MOSSAD-ın keçmiş rəhbəri vurğulayıb ki, o, uzun illərdir İranda siyasi sistemin dəyişməsinin mümkün olduğuna inanır və bu fikrində qalır:

“Mən inanırdım və hələ də inanıram ki, İranda reallığın rejimin devrilməsi yolu ilə dəyişdirilməsi mümkün və nail oluna biləcək məqsəddir”.

O vurğulayıb ki, bu məqsədə çatmaq üçün davamlı fəaliyyət, strateji səbr, soyuqqanlı yanaşma və missiyaya tam sadiqlik tələb olunur.

Barneanın istefa mərasimi zamanı İsrailin Baş naziri Benjamin Netanyahu da İranla bağlı sərt mesajlar verib. Netanyahu bildirib ki, İran artıq çox ağır zərbələr alıb və ölkədəki mövcud rejimin təməlləri sarsılıb.

Baş nazirin sözlərinə görə, Tehran əvvəlki gücündə deyil və gələcəkdə daha ciddi daxili problemlərlə üzləşə bilər.

Xatırladaq ki, David Barnea 2021-ci ildən MOSSAD-a rəhbərlik edib. İsrail hökuməti artıq onun yerinə yeni rəhbərin təyin olunmasını təsdiqləyib və yaxın günlərdə vəzifəni Roman Qofman təhvil alacaq.

Tarix
2026.06.02 / 21:38
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla