Yuxarı

Rusiyadan Ukrayna ilə bağlı üç ssenari: yaxşı, pis və...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan Ukrayna ilə bağlı üç ssenari: yaxşı, pis və...

Rusiyada gələcəkdə yaxşı ssenari kimi nüvə müharibəsi və Ukraynanın ən azı cənub-şərq hissəsinin işğalı elan olunub.

Axar.az xəbər verir ki, bu barədə “Agentstvo” nəşri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun iştirakçılarının çıxışına istinadən yazıb.

Bildirilib ki, forumda Rusiyanın gələcəyi ilə bağlı məruzəni biznesmen Konstantin Malofeyev təqdim edib. O, 2014-cü ilin yazında Donbasa daxil olan “Qirkin qrupu”nun əsas sponsorlarından biri hesab olunur. Məruzənin həmmüəllifi isə ultra-sağçı ictimai xadim Aleksandr Dugin olub. Dugin həmçinin “rus dünyası” konsepsiyasının əsas ideoloqlarından biri kimi tanınır.

Nəşr qeyd edib ki, məruzədə Rusiyanın gələcəyi üçün üç ssenari təqdim olunub. Malofeyevin sözlərinə görə, “pis” ssenaridə Rusiya Ukrayna ilə müharibədə məğlub olur və 2050-ci ilə qədər “Rusiyanın kolonizasiyası” baş verir.

İkinci ssenari “inersiya” ssenarisidir — yəni “hər şey olduğu kimi davam edir”. Bu halda isə ABŞ və Çinin hegemonluğu gözlənilir.

Üçüncü ssenari - “yaxşı” ssenari adlandırılır. Burada “ideoloji müharibədə qələbənin aydın obrazı” nəzərdə tutulur. Bu qələbəyə gedən yolda nüvə silahından istifadədən və Rusiyanın Krımı, Odessanı, Xarkovu və sair əraziləri işğal etməsindən bəhs olunur. Həmin ssenaridə eyni zamanda Avropa Birliyinin dağılması da baş verir.

Malofeyevin sözlərinə görə, Rusiyaya qarşı təhdidlərə cavab vermək üçün dövlət idarəçiliyində kompleks tədbirlər lazımdır. Onun fikrincə, burada birinci yerdə “ideologiya/devesternizasiya”, ikinci yerdə “elitanın milliləşdirilməsi”, üçüncü yerdə isə “avtokratiya” dayanır.

Tarix
2026.06.04 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlandı

Konqresdə azərbaycanlılarla bağlı konfrans keçirildi

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla