Yuxarı

İsrailin PUA hücumu: general öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailin PUA hücumu: general öldü

İsrail pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində Livan ordusunun iki hərbçisi ölüb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, Xardəli-Nəbatiyyə yolu üzərində hərəkətdə olan hərbi nəqliyyat vasitəsinə PUA hücumu nəticəsində briqada generalı Vesam Sabra və onu müşayiət edən daha bir hərbçi həlak olub.

Livan Ordusunun yaydığı bəyanatda hücum “vəhşi və təcavüzkar zərbə” kimi qiymətləndirilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə çərşənbə günü iki ölkə arasında yeni atəşkəs razılaşması əldə edildikdən cəmi bir neçə saat sonra İsrail və “Hizbullah” arasında qarşılıqlı zərbələr qeydə alınıb.

Bundan əvvəl “Hizbullah” İsrail və Livan hakimiyyətləri arasında əldə edilmiş atəşkəsin şərtləri ilə razılaşmadığını bəyan etmişdi. Qruplaşmanın lideri Naim Qassem cümə axşamı bildirib ki, “işğal davam etdiyi müddətdə müqaviməti dayandırmaqla bağlı heç bir öhdəlik götürməmişik”. O, İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasının vacibliyini vurğulayıb.

Tarix
2026.06.06 / 14:09
Müəllif
Axar.az
Digər xəbərlər

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla