Yuxarı

Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir

Qərbin bahalı raketlərə və qırıcı təyyarələrə əsaslanan hava hücumundan müdafiəyə ənənəvi yanaşması artıq ucuz dronların kütləvi hücumları dövründə keçərli deyil.

Axar.az xəbər verir ki, bu barədə Avropa Müttəfiq Qüvvələrinin ali komandanının müavini Con Stringer “Biznes İnsayder”ə verdiyi müsahibədə bildirib.

O, yeni hava təhdidlərinin sürətlə ortaya çıxmasının müdafiəyə dair mövcud yanaşmaları şübhə altına aldığını vurğulayıb:

"Arxayın oturub, yalnız hadisələrə reaksiya verə biləcəyinizi və sürətli qırıcılar və bəzi zenit raketləri kimi ənənəvi vasitələrdən istifadə edərək hər bir yaxınlaşan təhlükəyə qarşı dura biləcəyinizi düşünürsünüzsə, artıq o günlər geridə qalıb.

Ukrayna və Yaxın Şərqdəki müharibələr göstərir ki, gələcək münaqişələr Qərb ordularının öyrəşdiyindən əhəmiyyətli dərəcədə fərqlənə bilər”.

Stringerə görə, NATO təkcə böyük hərbi güclərlə deyil, həm də hava hücumundan müdafiə sistemlərini həddindən artıq yükləməyə qadir ucuz dronların kütləvi hücumu ilə qarşılaşa bilər.

Tarix
2026.06.22 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla