Yuxarı

Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir

Almaniyanın müdafiə naziri Boris Pistorius Litvada NATO-nun şərq cinahının müdafiəsinə həsr olunmuş “Freedom Shield” hərbi təlimlərini izləyib.

Axar.az xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb.

Qeyd olunub ki, Belarus sərhədindən təxminən 20 kilometr məsafədə yerləşən Pabrade hərbi poliqonunda keçirilən təlimlərdə ümumilikdə səkkiz NATO ölkəsindən 2900-dək hərbçi və 800-ə yaxın hərbi texnika iştirak edir. Onlardan 2300-ü Almaniya Silahlı Qüvvələrinin (Bundesver) hərbçiləridir.

Təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının tətbiqi və onlara qarşı mübarizə üsulları sınaqdan keçirilir. Bu məqsədlə 300-dən çox drondan istifadə olunur. Dronların tanklar və digər ənənəvi silah sistemləri ilə birlikdə tətbiqi NATO-nun şərq cinahında mümkün döyüş şəraitinin mümkün qədər real şəkildə canlandırılmasına xidmət edir.

Almaniya Rusiya-Ukrayna müharibəsindən sonra Litvada Bundesver qüvvələrinin daimi yerləşdirilməsi barədə öhdəlik götürüb. Plana əsasən, Almaniyanın tank briqadası 2027-ci ilədək təxminən 4800 hərbçi və 200 mülki əməkdaşdan ibarət tam döyüş qabiliyyətli birləşmə kimi formalaşdırılmalıdır. Hazırda Litvada təxminən 1800 Bundesver əməkdaşı xidmət edir.

Tarix
2026.06.23 / 01:07
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla