Yuxarı

Özbəkistanın bu kəndləri Qırğızıstana verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistanın bu kəndləri Qırğızıstana verildi

Özbəkistan dövlət sərhədinin demarkasiyası çərçivəsində 236 hektar ərazisi olan iki yaşayış məntəqəsini Qırğızıstana verib.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alagözov sosial şəbəkə səhifələrində bildirib.

Onun sözlərinə görə, söhbət əhalisi 2500 etnik qırğızdan ibarət olan Çonqara və Taş-Tobo kəndlərindən gedir.

"İndi bu kəndlərdə qeydiyyat tədbirləri həyata keçiriləcək, onlar başa çatdıqdan sonra isə sakinlərinə Qırğızıstan Respublikasının vətəndaşlığı veriləcək. Qeyd olunan yaşayış məntəqələrinin əvəzində Qırğızıstan tərəfi sərhədyanı zonada sahəsinə görə bərabər olan torpaq sahələrini Özbəkistan Respublikasına verib", - Alagözov qeyd edib.

O əlavə edib ki, sahəsinə görə bərabər olan torpaq sahələrinin mübadiləsi Say kəndindən Tayan kəndinə qədər avtomobil yolunun tikintisi üçün həyata keçirilib, bunun sayəsində indi Batken vilayətinin sakinləri Aydarkəndən Batkenə indiki 225 kilometrlik dolama yol əvəzinə təxminən 55 kilometr məsafə qət edərək gedə biləcəklər.

Tarix
2026.06.23 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla