Yuxarı

İngiltərədə rekord istilər - Xəbərdarlıq edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərədə rekord istilər - Xəbərdarlıq edildi

İngiltərədə iyun ayı üzrə ən yüksək temperatur rekordu yenidən qırılıb.

Axar.az xəbər verir ki, ölkənin meteorologiya xidməti London və cənub-şərqi İngiltərə üçün nadir hallarda elan edilən qırmızı səviyyəli ekstremal istilik xəbərdarlığının müddətini uzadıb.

Bu gün Somerset qraflığının Yeovilton şəhərində havanın temperaturu ilkin məlumatlara görə 36,4 dərəcəyə çataraq bir gün əvvəl Qosport şəhərində qeydə alınmış 36,1 dərəcəlik rekordu geridə qoyub.

Meteoroloqlar ölkədə müşahidə olunan qeyri-adi isti və rütubətli hava şəraitinin cümə gecəsinədək davam edəcəyini bildirirlər. Proqnozlara əsasən, isti hava ilə yanaşı, Böyük Britaniyanın əksər bölgələrində güclü leysan yağışları və şimşəklə müşayiət olunan fırtınalar da gözlənilir. Ekstremal istilər səbəbindən Kent qraflığında suya tələbat rekord həddə çatıb.

Qırmızı səviyyəli istilik xəbərdarlığına görə, dəmir yolu ilə yalnız zəruri hallarda səyahət etmək tövsiyə olunub. İsti hava səbəbindən qatarların hərəkətində ciddi gecikmələr və reyslərin ləğvi müşahidə olunur.

Tarix
2026.06.25 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla