Yuxarı

Avropanın iki ölkəsi birləşə bilər - Rusiya imkan verməyəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropanın iki ölkəsi birləşə bilər - Rusiya imkan verməyəcək?

Rumıniya ilə Moldovanın birləşməsi məsələsi uzun illərdir müzakirə olunur və bunun tarixi kökləri, əsası var.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Rumıniya Deputatlar Palatasının ölkənin Moldova Respublikası ilə birləşməsini nəzərdə tutan və hökumətə Kişinyovla danışıqlara başlamaq səlahiyyəti verən qanun layihəsini təsdiqləməsi haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, hazırda Moldovada bu məsələyə münasibət birmənalı deyil:

“Cəmiyyət iki hissəyə bölünüb. Bir qrup rumınlarla eyni xalq olduqlarını və birləşmənin təbii proses olduğunu düşünür. Digər qrup isə Moldova dövlətçiliyinin və milli kimliyinin qorunmasının vacib sayır. Moldova Prezidenti Maya Sandu və hakimiyyətə yaxın qüvvələr Rumıniya ilə münasibətlərin inkişafını dəstəkləyirlər. Rumıniyada da bu istiqamətdə müəyyən təşəbbüslər irəli sürülür.

Lakin prosesin qarşısında ciddi maneələr mövcuddur. İlk növbədə, Moldovanın Qaqauz eli ilə bağlı daxili problemləri nəzərə alınmalıdır. Belə bir şəraitdə birləşmə regionda yeni geosiyasi gərginliklər yarada bilər. Bundan əlavə, Rusiyanın bu prosesə etiraz edəcəyi və təsir imkanlarından istifadə etməyə çalışacağı gözlənilir.

Nəticə etibarilə, Rumıniya-Moldova birləşməsinin baş tutması həm Rumıniya parlamentinin qərarından, həm də Moldova cəmiyyətinin buna nə dərəcədə hazır olmasından asılıdır. Eyni zamanda, Avropa Birliyinin mövqeyi də prosesin gələcəyinə ciddi təsir göstərəcək”.

Tarix
2026.06.26 / 09:00
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla