Yuxarı

Dünya üzrə milyarderlərin sayı rekord həddə çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya üzrə milyarderlərin sayı rekord həddə çatdı

Dünya üzrə milyarderlərin sayı hazırda 3 302 nəfərə çataraq yeni rekord müəyyənləşdirib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin "UBS Group AG" bankının illik hesabatında qeyd olunub.

Tədqiqat 2025-ci ilin aprel ayından 2026-cı ilin aprel ayınadək olan müddəti özündə birləşdirir.

Hesabatda qeyd edilir ki, bu il qlobal miqyasda 3 302 dollar milyarderi mövcuddur və bu, 2025-ci ildəkindən 383 nəfər və ya təqribən 13.1% çoxdur.

Həmin şəxslərin mindən çoxu ABŞ-da, 562-si Çində, 211-i isə Hindistanda yaşayır.

Daha sonra 193 və 122 milyarderlə müvafiq olaraq Almaniya və Rusiya gəlir ki, bu da milyarderlərin sayının 100-ü ötdüyü son ölkələrdir.

Bildirilir ki, bu şəxslərin böyük qismi 50 milyard dollardan az aktivə malikdir. 18 nəfərin varidatı 50-100 milyard dollar, digər 19 nəfərin sərvəti isə 100 milyard dollardan yuxarı olaraq qiymətləndirilir. Üstəlik, sonunculardan 15-i ABŞ-da yaşayır.

Məlumata əsasən, 2026-cı ildə milyarderlərin ümumi sərvəti 2025-ci illə müqayisədə 25% artım nümayiş etdirib.

Tarix
2026.06.30 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla