Yuxarı

Böyük Britaniya rusiyalı alimlərə sanksiya tətbiq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük Britaniya rusiyalı alimlərə sanksiya tətbiq etdi

Böyük Britaniya hökuməti Rusiyanın kimyəvi silah proqramının hazırlanmasında iştirak edən alimlərə və elmi-tədqiqat müəssisələrinə qarşı yeni sanksiyalar tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, sanksiyalar 2018-ci ildə İngiltərənin Solsberi şəhərində keçmiş rusiyalı casus Sergey Skripal və qızı Yuliyaya qarşı sui-qəsddə istifadə olunan “Noviçok” sinir-iflic maddəsinin hazırlanmasında iştirak edən şəxsləri və qurumları əhatə edir. Həmin hadisə nəticəsində təsadüfən zəhərlənən britaniyalı Don Sturkess həyatını itirmişdi.

Yeni məhdudiyyətlərə, həmçinin Rusiya müxalifətinin tanınmış simalarından Aleksey Navalnıya qarşı istifadə olunduğu bildirilən “Epibatidin” toksininin hazırlanmasında iştirak edən şəxslər də daxil edilib.

Sanksiyalar yeddi fiziki şəxs və iki elmi-tədqiqat institutunu əhatə edir. Məhdudiyyətlər çərçivəsində onların aktivləri dondurulub və Böyük Britaniyaya girişlərinə qadağa qoyulub.

Tarix
2026.07.06 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

Bayramovla Lavrovun görüşü başladı

Bakıda bu küçələr xoşuma gəlir - Pelleqrini

İranı sahildən “qovmaq” planı - Tehranın cavabı ağır olacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla