Yuxarı

Vəhşi fil 14 il bir ailəni təqib etdi, onları tapdı və öldürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəhşi fil 14 il bir ailəni təqib etdi, onları tapdı və öldürdü

Nepalda vəhşi fil gecə bir evə girib, bir qadını və uşağını öldürüb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, hücum 5 iyul gecəsi Cagatpur rayonunda baş verib. Dhurbe adlı aqressiv bir fil doqquz nəfərin yaşadığı daxmanın divarlarını uçuraraq 25 yaşlı Aşika Bote və onun dörd yaşlı oğluna hücum edib. Nə qadın, nə də oğlan xilas ola bilib. Fili qovmaq üçün ev sahibləri bir az saman yandırıblar, lakin yanğın dərhal daxmanı alışdırıb.

“Gecə divara çırpılan bir şeyin səsini eşitdik. Çölə çıxdım və bir fil gördüm. Gil divarlar dərhal uçmuşdu. Gəlinim nəvəmi qucağına götürüb qaçdı, amma fil onların dalınca qaçdı. Mən qorxaq insan deyiləm, amma bu, hətta məni də qorxutdu", - ev sahibi deyib.

Dhurbe uzun illər Bote ailəsini təqib edib. 2012-ci ilin dekabr ayında Madi rayonundakı bir bazarda bu fil Şaniçara Botenin atasını və anasını tapdalayıb. Dhurbedən qaçmaq üçün Şaniçara Caqatpura köçüb. "Biz böyük çayların o tayında təhlükəsiz olacağımıza inanırdıq. Amma həmin fil bizi yenidən tapdı, evi dağıtdı və gəlinimi və nəvəmi öldürdü. Qaçacaq başqa yerimiz yoxdur", - S.Bote deyib.

Dhurbenin ən azı 25 nəfəri öldürdüyü güman edilir. Hakimiyyət orqanları onu 2012-ci ildə güllələməyə cəhd ediblər, lakin yaralı fil cəngəlliyə qaçıb, sağalıb, sonra yenidən peyda olub və qisas almağa başlayıb.

Tarix
2026.07.07 / 00:29
Müəllif
Axar.az
Digər xəbərlər

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

Qordon İlham Əliyevlə fotosunu paylaşdı

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Şuşa Forumunda bu suallar niyə verilmədi?

İlham Əliyev onu bu jesti ilə təəccübləndirdi - Foto

Prezidentlər Ağdamdadır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla