Yuxarı

Ukrayna zərbələr endirdi: neft bazaları yanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna zərbələr endirdi: neft bazaları yanır

Ukrayna PUA-ları iyulun 10-na keçən gecə Rusiyanın Rostov vilayətinə kütləvi zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Azov şəhərində Rusiyanın müdafiə-sənaye kompleksinə daxil olan Azov optik-mexaniki zavodu hədəfə alınıb. Müəssisə optik-elektron, radiolokasiya və yüksək dəqiqlikli sistemlərin istehsalı üzrə ixtisaslaşıb. Hücum nəticəsində şəhərdəki neft bazalarında da yanğınlar baş verib.

Bundan başqa, Taqanroqda dəniz limanında yerləşən “Kurqannefteprodukt” neft terminalında yanğın olub. Terminalın əsas fəaliyyəti neft məhsullarının dəniz gəmilərinə yüklənməsi və boşaldılmasından ibarətdir.

Bildirilib ki, Azov şəhərində iki neft məhsulları anbarı alovlanıb. Hava hücumundan müdafiə qüvvələri Belqorod, Bryansk, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Pskov, Rostov, Smolensk və Tver vilayətlərində, Moskva bölgəsində, Krasnodar diyarında, Krımda və Azov dənizi üzərində ümumilikdə 376 Ukrayna pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Tarix
2026.07.10 / 10:49
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla