Yuxarı

İki sərnişin təyyarəsi okean üzərində toqquşacaqmış...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki sərnişin təyyarəsi okean üzərində toqquşacaqmış...

Kanar adalarının qərbində Atlantik okeanı üzərində iki sərnişin təyyarəsi eyni hündürlükdə qarşı-qarşıya hərəkət edərkən toqquşma təhlükəsi yaranıb.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Hadisə iyulun 10-da baş versə də, bu barədə yalnız indi məlumat yayılıb. İspaniyanın "İberiya" (Iberia) aviaşirkətinə məxsus “Airbus A321” təyyarəsi Braziliyanın Resifi şəhərindən Madridə, "Eyr Avropa" (Air Europa) aviaşirkətinin “Boinq 787” təyyarəsi isə Madriddən Braziliyanın San-Paulu şəhərinə uçub. Hər iki təyyarə təxminən 11 min metr yüksəklikdə olub.

Müəyyən anda hər iki təyyarənin kabinəsində toqquşmanın qarşısını alan TCAS xəbərdarlıq sistemi işə düşüb. Sistem “İberiya” təyyarəsinin ekipajına hündürlüyü azaltmağı, “Eyr Avropa” təyyarəsinin pilotlarına isə yüksəlməyi əmr edib. “Airbus A321” təxminən 150 metr aşağı enib, “Boinq 787” isə təxminən 120 metr yüksəlib. Bundan sonra toqquşma təhlükəsi aradan qalxıb.

Hər iki təyyarə uçuşunu davam etdirərək təhlükəsiz şəkildə Madrid və San-Paulu hava limanlarına eniş edib.

İspaniyanın Mülki Aviasiya Hadisələrinin və Qəzalarının Araşdırılması Komissiyası hadisə ilə bağlı araşdırmaya başlayıb. Komissiya iki sərnişin təyyarəsinin necə eyni hava marşrutunda, eyni hündürlükdə və qarşı-qarşıya istiqamətdə hərəkət etdiyini müəyyənləşdirməlidir.

Tarix
2026.07.19 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla