Yuxarı

ABŞ Meksika və Kanadaya yüksək rüsumlar tətbiq edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Meksika və Kanadaya yüksək rüsumlar tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikadan idxal olunan məhsullara yeni yüksək gömrük rüsumları tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Ağ evdə jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, Meksikadan idxal edilən kahı məhsulları ilə bağlı ABŞ-da baş verən kütləvi qida zəhərlənməsi halları araşdırılır.

"Fikrimcə, kahı ilə əlaqədar Meksikaya qarşı yüksək rüsumlar və ya idxal vergiləri tətbiq edəcəyik. Həmçinin Kanadaya qarşı da tüstüyə görə yüksək rüsumlar tətbiq edəcəyik", - deyə ABŞ Prezidenti bildirib.

Məlumata görə, ABŞ-da son vaxtlar minlərlə insan qida zəhərlənməsi ilə üzləşib. Ehtimallardan birinə əsasən, buna səbəb Meksikadan ölkəyə gətirilən kahı məhsulları ola bilər.

Tramp daha əvvəl də Kanadada davam edən genişmiqyaslı meşə yanğınları nəticəsində yaranan tüstünün ABŞ ərazisində havanın keyfiyyətini pisləşdirdiyini bildirərək, Ottavaya qarşı əlavə gömrük rüsumları tətbiq edə biləcəyini bəyan etmişdi. Son həftələrdə meşə yanğınlarından yaranan tüstü ABŞ-ın bir sıra iri şəhərlərini əhatə edib.

Tarix
2026.07.25 / 01:29
Müəllif
Axar.az
Digər xəbərlər

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla