Yuxarı

AB-dən iranlı hakimlərə sanksiya...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-dən iranlı hakimlərə sanksiya...

Avropa Birliyi İranın bir sıra hakimlərinə və İrandakı kiber qrupun yüksək vəzifəli şəxsinə yeni sanksiyalar tətbiq edib.

Axar.az xəbər verir ki, bu haqda Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas X şəbəkəsində yazıb.

Kallas İranda xalqa qarşı repressiyaları diqqətdən kənarda saxlamamağı tövsiyə edib:

“İran xalqına qarşı repressiyalar unudulmamalıdır. Dünyanın diqqəti Yaxın Şərqdəki müharibəyə yönəlsə də, İran hökuməti tərəfindən İran xalqına qarşı repressiyaları nəzərdən qaçırmamalıyıq”.

O, sanksiyalara məruz qalan şəxslərin insan hüquqlarını pozmaqda və informasiyanın sərbəst axınını boğmaqda rol oynadıqlarını bildirib.

Kallas qeyd edib ki, yeni məhdudlaşdırıcı tədbirlərə siyasi müxaliflərin və dini azlıqların təqibi də daxil olmaqla, ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan hakimlər daxildir.

Kalasın sözlərinə görə, həmçinin İran hökumətinin informasiya axınını boğması üçün əsas yaradan kiber qrupun əhəmiyyətli şəxslərindən birinin adı da siyahıya daxil edilib.

AB rəsmisi vurğulayıb ki, Tehran daxili təzyiqlərini gücləndirsə də, AB bu hərəkətlərdə rol oynayanları məsuliyyətə cəlb etməyə davam edəcək.

Kallas sanksiya tətbiq edilən şəxslərin adlarını çəkməyib.

Tarix
2026.07.27 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla