Yuxarı

Trampın İrana görə Ukraynaya münasibəti dəyişib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın İrana görə Ukraynaya münasibəti dəyişib

Ağ Evin Ukrayna rəhbərliyinə münasibətinin dəyişməsində əsas amil yenə də İranla müharibə olub. Tammiqyaslı müharibə illərində İran istehsalı olan “Şahid” pilotsuz uçuş aparatlarına qarşı mübarizədə böyük təcrübə qazanan Ukrayna indi ABŞ və onun müttəfiqlərinə öz texnologiyalarını və ekspert dəstəyini təklif edir.

Axar.az xəbər verir ki, bu barədə “Quardian” nəşri ekspertlərə istinadən yazıb.

"Tramp müharibəyə cəlb olunduğu, uğursuz hərbi qərarlarla üzləşdiyi bir vaxtda ukraynalılar ona artıq Amerika yardımını istəmək üçün deyil, əksinə, yardım təklif etməklə müraciət edirlər. Məncə, bu, Trampın münasibətinin bu qədər nəzərəçarpacaq dərəcədə dəyişməsinin səbəblərindən biri ola bilər", – deyə “Quincy Institute”un vitse-prezidenti Trita Parsi bildirib.

Nəşr xatırladır ki, Zelenski həmçinin Rusiya-Ukrayna müharibəsi ilə İran ətrafındakı böhran arasında əlaqə olduğu barədə narrativi məqsədli şəkildə irəli sürməyə çalışır.

Eyni zamanda analitiklər xəbərdarlıq edirlər ki, belə strategiyanın mənfi nəticələri də ola bilər. Onların fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə ABŞ-İran qarşıdurmasının getdikcə daha sıx şəkildə bir-birinə bağlanması qarşıdurmanın coğrafiyasının genişlənməsi riskini artırır. Bundan əlavə, Zelenski ilə münasibətlərdə müəyyən istiləşməyə baxmayaraq, MAGA hərəkatının tərəfdarlarının əhəmiyyətli hissəsi hələ də xarici müharibələrə və Ukraynaya genişmiqyaslı yardıma skeptik yanaşır.

Beynəlxalq Siyasət Mərkəzinin vitse-prezidenti Mett Dass da xəbərdarlıq edib ki, Zelenskinin Trampa İran məsələsində kömək etmək cəhdləri Avropada Ukraynaya dəstəyi zəiflədə bilər:

“Bu halda Kiyev dolayısı ilə İsrailin müttəfiqi kimi görünür, halbuki son dövrlərdə Avropada İsrailə münasibət xeyli mənfidir”.

Tarix
2026.08.02 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla