Yuxarı

Moskvada rus generalı kimlər öldürmək istəyib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada rus generalı kimlər öldürmək istəyib?

Rusiyalı generalı Moskvadakı restoranda baş vermiş partlayış vasitəsilə zərərsizləşdirməyə üçüncü tərəf cəhd edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.

"Əgər bu, daxili hesablaşma olsaydı, onu tamamilə başqa cür həyata keçirərdilər.

Adətən Rusiya xüsusi xidmət orqanları daxilindəki hesablaşmalar infarkt, insult və ya pəncərədən tullanma ilə nəticələnir və məsələ bununla da bitir. Buna görə də hesab edirəm ki, bu halda söhbət məhz üçüncü tərəfin həyata keçirdiyi zərərsizləşdirmədən gedir.

Üçüncü tərəf həmin generalı zərərsizləşdirməyə çalışıb. Başqa məsələ isə bunun konkret kim tərəfindən edildiyidir? Tamamilə mümkündür ki, bu, Ukrayna xüsusi xidmət orqanlarının həmin generalı aradan qaldırmaq cəhdi olub", - o bildirib.

Kovalenko qeyd edib ki, üçüncü tərəf variantında söhbət Rusiyanın daxilində fəaliyyət göstərən qruplaşmalardan da gedə bilər:

"Yəni bu, Ukrayna ilə heç bir əlaqəsi olmayan və hətta başqa ölkələrin terror təşkilatlarının nümayəndələri sayılan, Rusiya ərazisində fəaliyyət göstərən terror təşkilatlarından birinin törətdiyi terror aktı da ola bilər".

Xatırladaq ki, Rusiyanın paytaxtı Moskvada yerləşən "Balzi Rossi" restoranında güclü partlayış baş verib. Orada həmin vaxt Rusiya ordusunun yüksək rütbəli generalının – Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı Aleksandr Çaykonun ad gününü qeyd etdiyi iddia edilir. Son məlumata görə, ölənlərin sayı 5-ə çatıb.

Tarix
2026.08.03 / 08:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla