Yuxarı

Rejimin süqut edəcəyinə qəti əmin idim - Şara

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rejimin süqut edəcəyinə qəti əmin idim - Şara

Mən bu rejimin nə vaxtsa süqut edəcəyinə qəti əmin idim. Bizim borcumuz buna nail olmaq üçün mümkün olan bütün vasitələrdən istifadə etmək idi.

Axar.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara "Əl Cəzirə"yə müsahibəsində deyib.

“Daim rejimə qarşı uduzduğumuz döyüşləri təhlil edirdim və görürdüm ki, bunun səbəbləri çox vaxt inqilabi qüvvələrin öz sıralarındakı problemlərdən qaynaqlanırdı.

Rejimin gücünə və Rusiyanın müdaxiləsinə baxmayaraq, qarşılaşdığımız çətinliklərin böyük hissəsi özümüzdən irəli gəlirdi. Buna görə də həmin çatışmazlıqları aradan qaldırmaq üçün çalışdıq.

Mənimsədiyim ən vacib dərslərdən biri bu idi: eyni səhvi heç vaxt təkrarlamamaq.

Zaman keçdikcə bu düşüncə tərzi bizim mədəniyyətimizin bir hissəsinə çevrildi və ətrafımızdakı çox sayda insan da eyni yanaşmanı mənimsədi”, - o bildirib.

Qeyd edək ki, Suriyada iqtidar 2024-cü il dekabrın 8-də müxalif qüvvələrin paytaxt Dəməşqi ələ keçirməsi və Bəşər Əsədin ölkədən qaçması nəticəsində devrilmişdir.

Tarix
2026.08.03 / 12:22
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Bakı və Bişkek arasında mühüm fond: 200 milyon dollar...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla