Yuxarı

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

HAVELSAN-ın Hərbi Hava Qüvvələri Məlumat Sistemi (HvBS) çərçivəsində hazırlanmış bəzi mühüm imkanlar Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib.

Axar.az Musavat.com-a istinadla bildirir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verilmiş sistem əməliyyat mərkəzlərində xidmət edən şəxsi heyətin vahid əməliyyat mənzərəsi əsasında fəaliyyət göstərməsinə, tapşırıq və əməliyyat məlumatlarının real vaxt rejimində idarə olunmasına, kritik əməliyyat məlumatlarının mərkəzləşdirilmiş qaydada izlənilməsinə, eləcə də qərar qəbuletmə prosesinin sürətləndirilməsinə şərait yaradır. Bunun sayəsində planlaşdırma, koordinasiya və əməliyyatların icrası daha sürətli, dəqiq və səmərəli həyata keçirilir.

Bütün bu komponentləri vahid platformada birləşdirən HvBS dünyanın ən əhatəli hərbi hava qüvvələri məlumat sistemlərindən biri kimi seçilir. Sistem əməliyyat hazırlığı proseslərini dəqiqələr səviyyəsinə endirərək hava əməliyyatlarında mühüm manevr imkanları yaradır.

HvBS-in modulları müxtəlif komanda səviyyələri arasında təhlükəsiz məlumat mübadiləsini təmin edir, hava əməliyyatlarına dair kritik informasiyanın eyni vaxtda görüntülənməsinə və əməliyyatların dəyişən şəraitə uyğun operativ şəkildə idarə olunmasına imkan verir. Açıq və modul əsaslı arxitekturası sayəsində mövcud komanda-idarəetmə infrastrukturuna asanlıqla inteqrasiya olunan sistem istifadəçi tələblərinə uyğun genişləndirilə bilən çevik quruluşu ilə də diqqət çəkir.

Həyata keçirilən bu təhvil prosesi Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın proqram təminatı və komanda-idarəetmə texnologiyaları istiqamətində çatdığı yüksək səviyyənin mühüm göstəricisi kimi dəyərləndirilir.

Tarix
2026.08.02 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyən qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla