Yuxarı

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Beynəlxalq münasibətlər sistemində vaxtaşırı şahidi olduğumuz bəzi hadisələr iki dövlət arasında mövcud əlaqələrin sadəcə davamı deyil, onların keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.

Axar.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri də məhz belə hadisələrdəndir:

“Çolpon-Atada keçirilən yüksək səviyyəli görüşlər, qəbul edilən qərarlar və imzalanan sənədlər göstərdi ki, Bakı ilə Bişkek artıq strateji tərəfdaşlıq çərçivəsini daha da genişləndirərək münasibətlərini müttəfiqlik müstəvisində inkişaf etdirmək barədə qəti siyasi iradə ortaya qoyublar. Səfərin əsas nəticəsi kimi qiymətləndirilən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin əməkdaşlığını tamamilə yeni məzmunla zənginləşdirir. Müttəfiqlik anlayışı dövlətlər arasında ən yüksək siyasi etimad səviyyəsini ifadə edir. Bu status tərəflərin yalnız mövcud münasibətləri qorumaq niyyətini deyil, gələcək inkişaf istiqamətlərini də ortaq baxış əsasında müəyyənləşdirmək əzmini nümayiş etdirir. Beləliklə, Azərbaycan ilə Qırğızıstan arasında əlaqələr artıq ayrı-ayrı layihələrdən ibarət əməkdaşlıq formatından çıxaraq uzunmüddətli strateji tərəfdaşlığın daha möhkəm hüquqi bazasına söykənir”.

Çolpon-Atada keçirilən Dövlətlərarası Şuranın üçüncü iclasının xüsusi əhəmiyyət daşıdığını vurğulayan millət vəkili bildirib ki, hər iki ölkə rəhbərinin çıxışlarında diqqəti cəlb edən əsas məqam qarşılıqlı etimadın ən yüksək səviyyədə qiymətləndirilməsi idi:

“Dövlət başçıları öz çıxışlarında birmənalı olaraq vurğuladılar ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın inkişafına mane ola biləcək heç bir problem yoxdur. Bu, müasir beynəlxalq münasibətlərdə nadir rast gəlinən siyasi mühitdir və gələcək layihələrin daha sürətlə reallaşdırılması üçün mühüm üstünlük yaradır. Prezident İlham Əliyevin çıxışında qardaş Qırğızıstanın sosial-iqtisadi inkişafına verilən yüksək qiymət, Qarabağın bərpasına göstərilən dəstəyə görə minnətdarlığın ifadə olunması və humanitar əlaqələrin xüsusi qeyd edilməsi münasibətlərin yalnız siyasi dialoqla məhdudlaşmadığını göstərdi. Ağdamda fəaliyyət göstərən Manas adına məktəb, mədəniyyət günləri, birgə investisiya təşəbbüsləri və Qırğız-Azərbaycan Fondunun genişlənməsi xalqlar arasında dostluğun real layihələr vasitəsilə möhkəmləndiyini təsdiqləyir. Ən mühüm məqamlardan biri isə odur ki, bu münasibətlər ortaq tarixə və mədəniyyətə söykənsə də, yalnız emosional yaxınlıq üzərində qurulmur. Tərəflər iqtisadiyyat, nəqliyyat, enerji, investisiya, turizm və təhlükəsizlik kimi strateji sahələrdə konkret əməkdaşlıq mexanizmləri formalaşdırırlar. Məhz bu amil Azərbaycan-Qırğızıstan tərəfdaşlığını uzunmüddətli və davamlı edən əsas faktorlardan biridir.

Səfər çərçivəsində keçirilən qarşılıqlı təltifolunma mərasimi də münasibətlərin yüksək səviyyəsinin rəmzi ifadəsi kimi diqqət çəkdi. Prezident İlham Əliyevin Qırğızıstanın birinci dərəcəli “Manas” ordeni, Prezident Sadır Japarovun isə Azərbaycanın ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi dövlətlər arasında formalaşmış dərin etimadın və qarşılıqlı hörmətin bariz nümunəsidir. Bu addım həm də Azərbaycan-Qırğızıstan müttəfiqliyinin siyasi və mənəvi əsaslarının nə qədər möhkəm olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycanın həyata keçirdiyi müstəqil və etibarlı xarici siyasət yeni tərəfdaşlıqların yaranmasına deyil, mövcud dostluqların müttəfiqlik səviyyəsinə yüksəlməsinə xidmət edir. Bu səfər yalnız iki qardaş ölkənin münasibətlərində yeni səhifə açmadı, həm də Türk dünyasında həmrəyliyin və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə mühüm siyasi töhfə verdi”.

Tarix
2026.08.03 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Bişkek arasında mühüm fond: 200 milyon dollar...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla