Yuxarı

Çarukyanın kürəkəni sifarişli qətlə görə həbs edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çarukyanın kürəkəni sifarişli qətlə görə həbs edildi

Keçmiş baş nazir Ovik Abramyanın oğlu, Çiçəklənən Ermənistan Partiyasının lideri, hazırda həbsdə olan Qagik Çarukyanın kürəkəni Arqam Abramyan həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Komitə bildirib ki, 30 aprel 2023-cü ildə İrəvanın Myasnikyan prospektindəki binalardan birinin girişində törədilən S.V.-nin qətlinin Artaşat icmasının keçmiş rəhbəri, parlamentin keçmiş deputatı A.A. tərəfindən sifariş edildiyinə dair aşkar faktiki məlumatlar əldə edilib.

“Xüsusilə, hərtərəfli sübut və prosessual hərəkətlər nəticəsində məlum olub ki, A.A. həyat yoldaşı E.T.-nin “İncil İnam Xristianları” dini təşkilatının üzvü olan ruhani pastor S.V. ilə şəxsi münasibətdə olmasından, eləcə də ona külli miqdarda pul verməsindən şübhələnib, S.V.-ni qisas almaq üçün öldürmək niyyətində olub, lakin cinayətkar niyyətini şəxsən deyil, maddi və şəxsi cəhətdən ondan asılı olan sadiq bir şəxs, mühafizəçisi G.H. vasitəsilə həyata keçirmək qərarına gəlib.

Daha sonra A.A. G.H. üzərindəki təsirindən, eləcə də sonuncunun sədaqətindən və ona əmr vermək istəyindən istifadə edərək, onu S.V.-nin həyatına son qoymağa təhrik etdi.

A.A.-nın verdiyi tapşırığı əmr kimi qəbul edən G.H. 30 aprel 2023-cü ildə Myasnikyan küçəsi 2 ünvanında yerləşən yaşayış binasının qarşısında odlu silahla S.V.-ni öldürüb.

Cinayət işinin ibtidai istintaqı zamanı müstəntiqin vəsatəti əsasında nəzarətçi prokurorun qərarı ilə A.A.-ya qarşı Cinayət Məcəlləsinin 46-155-ci maddəsinin 2-ci hissəsinin 11-ci bəndi (sifarişlə adam öldürməyə təhrik etmə) ilə ictimai cinayət təqibi başlanıb.

8 avqust 2026-cı ildə müstəntiqin qərarı əsasında A.A. Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin təqdimatı ilə məhkəmə tərəfindən həbs edilib”, - məlumatda qeyd edilib.

Tarix
2026.08.08 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla