Yuxarı

İsrailin vurduğu baza: onlarla türk əsgəri şəhid olacaqdı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailin vurduğu baza: onlarla türk əsgəri şəhid olacaqdı...

İsrail Hərbi Hava Qüvvələrinin zərbə endirdiyi Suriyanın İdlib əyalətindəki "Əbu-əl-Duhur" hərbi aviabazasına Türkiyə hərbçiləri yerləşdiriləcəkmiş.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” nəşri məlumat yayıb.

Məlumata görə, 2024-cü il 8 dekabr çevrilişindən sonra "Əbu-əl-Duhur" bazasında yenilənmə işləri aparılıb. Bazadakı tikililər Suriya hökuməti, hava limanının uçuş-enmə zolağı isə Türkiyə tərəfindən təmir olunub. İki ölkə arasında əldə edilən razılaşmaya uyğun olaraq, bazaya hava hücumundan müdafiə avadanlıqlarının, əsasən kəşfiyyat və zərbə PUA-larının yerləşdirilməsinə başlanılıb.

Türkiyədə keçirilən bir sıra təlimlərdən sonra hərbi personalın, yerüstü və aviasiya texnikasının bazaya yerləşdirilməsi üçün bütün hazırlıqlar başa çatıb. Əgər İsrailin gecə yarısı hücumu olmasaydı, 13 saat ərzində bazaya 200-dən çox əsgər göndəriləcəkdi.

Bildirilib ki, Türkiyə hərbçilərinin yerləşdirilməsindən sonra bazadakı PUA-lardan istifadə etməklə, xüsusən də Palmira-Xüms bölgəsindəki İŞİD qruplaşmalarını hədəf alan əməliyyatlara başlanılacaqdı.

Nəşrin mənbələrə istinadla verdiyi məlumata görə, türkiyəli hərbçilər "Əbu-əl-Duhur" bazasında olsaydı, çoxlu sayda itki veriləcəkdi.

Qeyd edək ki, dünən İsrail Baş naziri Benyamin Netanyahu Türkiyənin Suriyada hərbi baza qurmasına imkan verməyəcəklərini demişdi.

Tarix
2026.08.20 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla