Yuxarı

Kremlin 6 şok ssenarisində Azərbaycan – ABŞ mediası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremlin 6 şok ssenarisində Azərbaycan – ABŞ mediası

Ukraynadan sonra Rusiya altı ssenari üzrə hərəkət edə bilər.

Axar.az xəbər verir ki, bu sözlər amerikalı jurnalist Lyuk Koffinin "Deyli Siqnal" saytındakı məqaləsində yer alıb. Məqalədə iddia edilir ki, Moskvanın bundan sonra müdaxilə edəcəyi məkanlar sırasında Gürcüstan, Türkmənistan, Moldova və Azərbaycan da var.

Koffinin məqaləsini ixtisarla təqdim edirik:

"Moskvanın müdaxilə etmək istədiyi bölgələrin bəziləri birbaşa, bəziləri isə dolayısı ilə ABŞ-ın maraqlarına təhdid yaradır. Nəzərdə tutulan 6 ssenaridən hər biri keçmiş imperiyanın bir zaman tərkibində olan torpaqlardır.

Birinci hədəf Moldovadır, daha dəqiq desək, onun rusiyayönlü hissəsi olan Qaqauziya. Bu ərazi hazırda ölkənin ən kasıb regionudur. Bölgənin əhalisi isə bu vəziyyətdə yaşamalarında əsas günahkarın hökumətin qərbyönlü siyasəti olduğunu düşünürlər. Maraqlı məqam odur ki, Rusiyanın Moldovaya əsas güzəştlərindən məhz Qaqauziya yararlanır. Bu bölgənin ələ keçirilməsi Moskvanın Ukraynadakı mövqelərini möhkəmləndirəcək. Nəticədə Odessa vilayəti üçün təhdid daha da artacaq.

İkinci variant Gürcüstandır. Bu əraziyə Kreml özünün əsas təsir zonası kimi baxır. Moskva artıq bir dəfə ölkəyə müdaxilə edib. İndi işğal olunmuş Abxaziya və Cənubi Osetiyadan sonra Moskva Samsxe-Cavaxetiyada etnik gərginliyi artırır. Bura isə Ermənistanla sərhəddə yerləşir. Gürcüstan hakimiyyətinin ermənilərə qarşı o qədər də yumşaq olmayan siyasətini nəzərə alsaq, Kremlin burada separat hərəkat başlatması çətin olmayacaq. Bununla da Moskva Ermənistanda hərbi mövcudluğunu artıracaq, üstəlik, bu bölgədən keçən böyük qaz kəmərlərinə nəzarəti əlinə alacaq.

Üçüncü hədəf Türkmənistandır. Bura nə vaxtsa Mərkəzi Asiyanın Rusiya imperiyasına daxil olan son regionu idi. Ölkə 1991-ci ildə SSRİ-nin süqutundan sonra yenidən müstəqil oldu və hazırda dünyanın ən qapalı ölkələrindən biridir. Aşqabad Moskvanın Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi birliklərindən uzaq qaçır. Hazırda Türkmənistanın ölkənin cənubunda təhlükəsizliyin bərpası ilə bağlı böyük problemləri var. Əfqanıstanla sərhəd olan bu ərazidə Taliban və digər qruplaşmalar aktivliklərini artırıblar. Moskvanı isə belə bir vəziyyət açıq-aşkar narahat edir. Ona görə də Kreml Aşqabada hələlik silah və mütəxəssisləri vasitəsilə yardım edir. Ekspertlərin fikrincə isə növbəti addım müəyyən edilməmiş vaxta qədər ölkəyə ordu yeridilməsi olacaq.

Dördüncü nöqtə Qazaxıstandır. Astana Moskva ilə sıx əlaqələrini qoruyur, amma bununla belə, digər ölkələrlə əlaqələrini inkişaf etdirməklə daha müstəqil siyasət həyata keçirir. Qazaxıstan hakimiyyəti rusdilli KİV-lər, rus dilində təhsil, reklamlara məhdudiyyət tətbiq edir. Ölkədə çoxsaylı rusları nəzərə alsaq, bu, ölkəyə müdaxilə üçün səbəb yarada bilər.

Kremlin beşinci hədəfi Azərbaycan ola bilər. Bir müddət öncə burada Ermənistanla Dağlıq Qarabağ ətrafında konflikt yenidən başladı. Artıq uzun illərdir ki, ekspertlər Azərbaycanın iradəsinə zidd olaraq Rusiyanın konflikt zonasına öz sülhməramlılarını yerləşdirməsi haqqında proqnozlar verirlər. Bu reallaşarsa, Moskva Cənubi Qafqazda özünə daha bir strateji dayaq yaratmış olacaq. Belə olan halda isə Qarabağın nə vaxtsa Bakıya qaytarılacağı şübhə altına girəcək. Ona görə ki, Moskva bölgədə özünün hərbi mövcudluğunu daha uzun müddət saxlamaq marağındadır. Bu, həmçinin Azərbaycanın Qərblə daha sıx münasibətlərinin inkişafına mane olacaq.

Altıncı variant Ukraynadır. Kremlə burada konfliktləri dondurulmuş formada saxlamaq sərf edir. Ola bilsin ki, gələcəkdə daha aqressiv addımlara gedib, Krım yarımadasını özünün quru ərazisi ilə birləşdirəcək, əvvəlcə Mariupol, sonra isə Odessanı tutmağa cəhd edəcək. İstənilən halda bu addım əvvəlki kimi asan olmayacaq".

Tarix
2016.10.12 / 12:40
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Azərbaycan İtaliyaya neçə milyard dollar sərmayə qoyub?

Əliyevlə İran böhranını müzakirə etdik - Meloni

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Starmer İrəvanda Azərbaycana qarşı bu sualı rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla