Yuxarı

Peru prezidenti Azərbaycan səfiri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peru prezidenti Azərbaycan səfiri ilə görüşdü

Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev etimadnaməsini bu ölkənin Prezidenti Xose Mariya Balkasar Zeladaya təqdim edib.

Axar.az xəbər verir ki, qəbul zamanı səfir Seymur Fətəliyev Perunun dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb.

Təşəkkürünü bildirən Peru Prezidenti öz növbəsində onun da dərin ehtiramını və salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsi, eləcə də iqtisadiyyat, ticarət, enerji, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını məmnunluqla vurğulayıb.

Qəbulda Peru xarici işlər naziri Karlos Xose Parexa Rios da iştirak edib.

Xatırladaq ki, səfir Seymur Fətəliyev iyunun 11-də etimadnaməsinin surətini Perunun Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Mərasimlər idarəsinin rəisi Eduardo Migel Hilarion Peres del Solar Marsenaroya təqdim edib.

Tarix
2026.06.14 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla