Yuxarı

Amerikada o raketdən yoxdur, amma Ukraynada... - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amerikada o raketdən yoxdur, amma Ukraynada... - Ekspert

Hazırda heç bir Avropa ölkəsinin silahlanmasında ballistik raketlər yoxdur, ona görə də NATO Ukraynanın FP-9 istehsalında maraqlıdır.

Axar.az xəbər verir ki, bunu aviasiya üzrə ukraynalı ekspert Valeri Romanenko deyib.

O, rusların "İsgəndər-M" üçün aylıq 65-ə qədər raket istehsal edə biləcəyini xatırladıb.

"Əvvəla, biz onlara bu qədər sürətlə cavab verə bilməyəcəyik. Zamanla vəziyyət yaxşılaşacaq, çünki raketlər Ukraynada istehsal olunmur. Ukraynada yalnız komplektləşdirmək mümkündür və bütün digər komponentlər Avropa ölkələrindən təchiz olunur. Lakin son mərhələdə müşahidə sistemi, çox güman ki, Ukrayna istehsalı olacaq. Gövdələr də Ukrayna istehsalı ola bilər və hesab edirəm ki, naviqasiya sistemi Almaniya və ya Britaniya istehsalı olacaq", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu, daha sonra yalnız Ukraynada deyil, həm də Avropada yerləşdiriləcək ballistik raketin sürətli və səmərəli hazırlanmasına təkan verəcək.

"Hazırda heç bir Avropa ölkəsinin xidmətində ballistik raketlər yoxdur. Bu o deməkdir ki, NATO bizim ballistik raketlərimizi istehsal etməkdə maraqlıdır, çünki hətta amerikalıların belə yerüstü ballistik raketləri yoxdur", - deyə Romanenko vurğulayıb.

O qeyd edib ki, FP-9 800 km-ə qədər məsafəyə 800 kiloqram partlayıcı maddə daşımaq üçün nəzərdə tutulub.

Tarix
2026.08.22 / 08:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla