Yuxarı

Rusiyanın bu şirkəti ilk dəfə vuruldu: yaralıların sayı... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın bu şirkəti ilk dəfə vuruldu: yaralıların sayı... - Video

09:25

Avqustun 22-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) ilk dəfə olaraq Rusiyanın Samara vilayətində OZON şirkətinin (Rusiyanın ilk e-ticarət şirkətlərindən biri - red.) logistika obyektinə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə yerli Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, saat 02:47 radələrində Samara vilayətində "PUA təhlükəsi" rejimi elan edilib. Artıq 04:30-dan sonra sosial şəbəkələrdə yanğın və tüstü sütununun əks olunduğu videolar kütləvi şəkildə yayılıb, bəzi kanallar isə zərbəyə məhz Çapayevskdəki OZON logistika qovşağının məruz qaldığını dəqiqləşdirib. Hücumdan sonra obyektdə yanğın baş verib, lakin yerli hakimiyyət orqanları və şirkətin özü insidentlə bağlı hələlik heç bir şərh verməyib.

***

Rusiyanın Samara vilayətinin sənaye müəssisələrindən birində pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumundan sonra yanğınlar qeydə alınıb.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.

Bundan başqa, OZON logistika kompleksinə də zərbə endirilib.

OZON-un mətbuat xidmətindən bildirilib ki, PUA hücumu nəticəsində Samara vilayətinin Çapayevsk şəhərindəki anbarda yanğın başlayıb. 500-dən çox əməkdaş təxliyə edilib, bir neçə nəfər xəsarət alıb. Anbarın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.

***

Rusiyanın Samara vilayətində pilotsuz uçuş aparatlarının (PUA) OZON logistika kompleksinə hücumu nəticəsində 4 nəfər yaralanıb.

Bu barədə Rusiya mediası məlumat yayıb.

"Onlardan üçünün vəziyyəti yüngül, birinin vəziyyəti isə ağırdır", - məlumatda bildirilib.

Tarix
2026.08.22 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla