Yuxarı

İtaliya mətbuatı Şuşadan və ermənilərdən yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliya mətbuatı Şuşadan və ermənilərdən yazdı

İtaliyanın "Cronache di Napoli" qəzetində jurnalist Domeniko Letisiya tərəfindən "İnkar olunmuş hüquqlar: Şuşanın sürgündəki icra başçısı. 1992-ci ildən fəaliyyət göstərən düşərgədə həyat" (I diritti negati: Shusha, il sindaco in esilio. Vivere in un campo dal’92) adlı məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalə D.Letisiyanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdan aldığı müsahibə və Ramana qəsəbəsi yaxınlığında məcburi köçkün ailələri üçün tikilmiş düşərgəyə səfəri əsasında yazılıb.

Məqalədə bildirilir ki, 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində şəhərdə yaşayan azərbaycanlılar öz yurdunu tərk etmək məcburiyyəti ilə üzləşib və dövlət tərəfindən tikilmiş xüsusi qəsəbədə məskunlaşıb.

Həmçinin Azərbaycanda müxtəlif dinlərin və millətlərin, o cümlədən ermənilərin dinc şəraitdə yaşaması bildirilir, Ermənistanda isə yalnız ermənilərin yaşaması və bu ölkənin multikulturalizmə qarşı olması vurğulanır.

Domeniko Letisiya məqaləsində Bakıdan bir neçə kilometr məsafədə yerləşən məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə səfərindən və orada mövcud şəraitdən də söz açır: "Mən qəsəbədə yenicə tikilmiş, şagirdlərin ingilis dilində dərs keçdiyi informatika otağı olan müasir məktəbdə və musiqi məktəbində oldum. Musiqi məktəbinin direktoru mənim italyan vətəndaşı olduğumu biləndə mənə öz telefonunda məktəbin şagirdləri tərəfindən italyan dilində təşkil olunmuş konserti nümayiş etdirdi. Adriano Çelentano, Toto Kutunyo, Luçano Pavarotti və Enriko Karuso bu qəsəbədə tanınır, onların mahnıları və sözləri musiqi məktəbində tədris olunur".

Bundan əlavə, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsi də xatırladılır.

Tarix
2016.10.12 / 17:29
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

ABŞ və İran razılaşması: niyə mətnlər fərqlidir?

Fuad Oqtay İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla