Yuxarı

Rusiyada xaos istəyirik, amma lazım olanı etmirik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada xaos istəyirik, amma lazım olanı etmirik

Biz Rusiyada xaos istəyirik, amma bunun üçün onun ərazisinə kifayət qədər zərbə endirmirik.

Axar.az xəbər verir ki, bunu ukraynalı bloger və jurnalist Roman Tsimbalyuk bildirib.

O, Rusiyanın hakimiyyət orqanlarının ölkədəki müxtəlif obyektlərə endirilən zərbələri rusiyalılara necə izah etməsi və ümumiyyətlə, bunu izah edib-etməməsi ilə bağlı suala cavab verərkən deyib:

“Onlar bunu necə izah edirlər? Heç nə baş vermirmiş kimi davranırlar. Bütün təbliğatçılar Putinin Rusiyaya hansısa total nəticələrin olmayacağı barədə söylədiyi fikirdən çıxış edirlər”.

Tsimbalyukun sözlərinə görə, Rusiyada baş verənlər heç bir izahat verilmədən görməzdən gəlinir. Eyni zamanda, “bütün bunlar belə bir örtüyə bürünür ki, guya biz onların Dövlət Dumasına seçkilərini pozmaq istəyirik”.

“Bu, mənim fikrimcə, ən axmaq izahdır. Çünki heç kim bu imitasiyanın Rusiyada hansısa dəyişikliklərə səbəb olacağını gözləmir. Onların bunu necə təqdim etməsi çox maraqlıdır: guya biz Rusiya hakimiyyət sisteminə xaos gətirmək və sair istəyirik. Əlbəttə, biz bunu istəyirik, amma açıq danışaq, bunun üçün Rusiya ərazisinə zərbələr endirmək baxımından yetərsiz tədbirlər görürük”, – jurnalist vurğulayıb.

Tarix
2026.08.23 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla