Yuxarı

Putin-Ərdoğan görüşünə Ukraynadan - Reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin-Ərdoğan görüşünə Ukraynadan - Reaksiya

Türkiyə ilə Rusiya arasında imzalanan "Türk axını" müqaviləsi Ukraynanı narahat edib.

Axar.az xəbər verir ki, Ukraynanın Ankaradakı səfiri Sergiy Korsunski Rusiya Prezidenti Vladimir Putinin İstanbula reallaşdırdığı səfər çərçivəsində iki ölkə hökumətləri arasında imzalanan "Türk axını" müqaviləsinin Ukrayna üçün böyük itkilərə səbəb olacağını bildirib.

Korsunski Ukraynanın "Den" qəzetinə müsahibəsində "Türk axını" layihəsinin 2019-cu ilə qədər yekunlaşacağını, ildə 16 milyad kubmetr təbii qazın tədarük olunacağını və bütün bunların Ukraynanın tranzit ölkə kimi əhəmiyyətini xeyli dərəcədə azaldacağını vurğulayıb.

Səfir layihənin reallaşacağı halda, Ukraynanın fəaliyyətini aktivləşdirməsinin lazım olduğunu qeyd edib.

Layihənin reallaşmasında bəzi əngəllərin olduğunu bildirən səfir Qara dənizin dərin nöqtələrində boru kəmərlərinin çəkilməsi üçün lazım olan texnologiyanın nə Rusiyada, nə də Türkiyədə olduğunu qeyd edib. Korsunski bu işi görəcək texnologiyaların isə Avropa şirkətlərində olduğunu, ancaq Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən məsələnin hələ də müəmmalı olaraq qaldığını vurğulayıb.

Tarix
2016.10.13 / 01:06
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla