Yuxarı

MKİ direktoru Putini təhdid edib: Cavab sərt olacaq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MKİ direktoru Putini təhdid edib: Cavab sərt olacaq...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Moskvada Rusiya Prezidenti Vladimir Putinlə gərgin danışıqlar aparıb. Kreml rəhbəri ABŞ-ın Ukrayna ilə bağlı sülh təkliflərini və atəşkəs ehtimalını rədd edib.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi-siyasi analitik Sergey Pavlyuçenko məlumat verib.

“Retkliff heç bir detal təqdim etmədən Ukraynanın ABŞ-ın dəstəyi ilə Rusiyanın hərəkətlərinə cavab olaraq hazırlaşdığı tədbirlər paketi barədə Putinə məlumat verib. MKİ sədri bildirib ki, bu tədbirlər Rusiyanın ixrac potensialını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, həm də cənub limanlarını effektiv şəkildə bloklaya və strateji müdafiə potensialını məhdudlaşdıra bilər. Eyni zamanda, Retkliff Kremli ABŞ və tərəfdaşlarının Donbasla bağlı həqiqi kompromis təkliflərini, hərbi əməliyyatların tez bir zamanda dayandırılmasını qəbul etməyə çağırıb.

Putin isə bildirib ki, Rusiya Ukraynadakı istənilən əməliyyata eyni şəkildə və daha güclü cavab verəcək. O, ABŞ Prezidenti Donald Trampın sülh təkliflərini hələlik qəbul etməkdən imtina edib və bu il də atəşkəs ehtimalını istisna edib”, - Pavlyuçenko bildirib.

Ekspert qeyd edib ki, Retkliff bir daha Rusiyaya ABŞ-ın Ukrayna ilə liman və enerji atəşkəsinin tətbiq edilməsi üçün vasitəçilik təklifini təkrarlayıb:

“Putin isə bu məsələdə özünün tələblərini irəli sürüb:

- Ukrayna təmas xəttindən 200 km-dən çox məsafədə Rusiyaya qarşı bütün uzaqmənzilli zərbələri dayandırır;

- Ukrayna Rusiyanın mülki infrastrukturuna zərbələri dayandırır;

- Ukrayna Krıma və yarımadanı təmin edən logistika infrastrukturuna hücumları dayandırır;

- Ukrayna Rusiyanın neft emalı zavodlarına və enerji infrastrukturuna edilən bütün hücumları dayandırır.

Əgər bu şərtlər yerinə yetirilərsə, Putin Ukraynanın liman və enerji infrastrukturuna hücumların dayandırılmasını əmr etməyə hazır olduğunu bildirib. Amma eyni zamanda onun Ukrayna hərbi sənayesini təmin edən obyektlərə hücumları dayandırmaq planı yoxdur.

Retkliff də Rusiyanın təkliflərini Ukrayna tərəfinə çatdırmağa hazır olduğunu bildirib”.

Pavlyuçenkonun sözlərinə görə, MKİ direktoru Putinə Rusiyada 350 000-450 000 əsgərin məcburi səfərbər edilməsinə hazırlıq məqsədilə görülən səylər barədə kəşfiyyat məlumatları təqdim edib və xəbərdarlıq edib ki, bu cür planların həyata keçirilməsi qaçılmaz olaraq Ukrayna və onun tərəfdaşları, xüsusən də ABŞ tərəfindən cavab tədbirləri ilə nəticələnəcək:

“MKİ direktoru bir daha vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin hərbi həlli yoxdur və Moskvanın daha da gərginləşməyə yönəlmiş istənilən addımına adekvat cavab veril Putin isə Rusiyada tammiqyaslı səfərbərliyin planlaşdırılmadığını bildirib və deyib ki, belə bir səfərbərlik olmadan cəbhənin ehtiyaclarını ödəmək üçün Rusiyanın kifayət qədər ehtiyatı var.

Retkliff xəbərdarlıq edib ki, ABŞ-ın sərt sanksiyaları qaçılmazdır və buna görə də Rusiyanın ərazi güzəştinə razılaşmaq üçün çox az vaxtı qalıb”.

Tarix
2026.08.26 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla