Yuxarı

Onların şərabı erməni şərabından daha yaxşıdır - Volodin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onların şərabı erməni şərabından daha yaxşıdır - Volodin

Ermənistanın Avrasiya İqtisadi İttifaqının imkanlarından istifadə edərək Avropa Birliyinə qoşulmaq niyyətini bəyan etmək siyasəti həyasızlıqdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“İstərdim ki, Ermənistan yalançı siyasət yürütməyi dayandırsın, çünki əgər İrəvan Avropa Birliyinə qoşulmaq niyyəti haqqında qanun qəbul edirsə, onda niyə Aİİ-nin imkanlarından istifadə edirsiniz? Niyə üzvlərini aldadırsınız? Bu, həyasızlıqdır, səhvdir. Sadəcə deyin: AB-yə gedirsiniz? Gedin. Amma onda burada üstünlüklər əldə etmək lazım deyil", - Volodin bildirib.

Volodinin sözlərinə görə, Ermənistan məhsullarının təxminən 90%-ni Rusiya alır:

“Rusiya bazarı digər ölkələrdən də oxşar kənd təsərrüfatı məhsulları ala bilər. Rusiyaya satmaq istəyənlər çoxdur. Sanksiyalara baxmayaraq, Fransa, İtaliya satmaq istəyir. Keyfiyyət baxımından düşünürəm ki, onların şərabları Ermənistan şərabından daha yaxşıdır. Eyni şey meyvələrə də aiddir. Türkiyə, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan — hər kəs meyvə-tərəvəz məhsullarını ölkəmizdə satmaq istəyir. Lakin Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan üçün üstünlüklər var. Burada söhbət dürüstlük və vicdandan gedir”.

Tarix
2026.08.26 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla