Yuxarı

Putin "B planı"nı işə saldı: Avropaya hücum...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin "B planı"nı işə saldı: Avropaya hücum...

Bir neçə aydır Avropa Rusiya ilə açıq şəkildə əlaqəli olan daha genişmiqyaslı təxribat aktlarına məruz qalır. İndi Rusiya lideri Vladimir Putinin təzyiqi artırmaq üçün hər cür “əsası” var.

Axar.az xəbər verir ki, bu barədə “Foreign Policy” məlumat yayıb.

Nəşr qeyd edir ki, təkcə avqustun birinci yarısında Avropada bir sıra təxribat aktları baş verib.

Xüsusilə Leypsiqdəki aerodromda pilotsuz təyyarənin görünməsi, alman pilotsuz təyyarə istehsalçısına qarşı sui-qəsd cəhdi və Roma yaxınlığında və Bolqarıstanda sursat fabriklərində partlayışlar misal göstərilir.

Bildirilib ki, bu hadisələr fonunda Rusiyanın cəsarəti artır, təhdidləri güclənir, Avropa isə tərəddüd etməyə davam edir.

Jurnalistlərin fikrincə, Putin və müttəfiqlərinin təzyiqi artırmaq üçün hər cür səbəbi var. Rusiya uzun müddətdir ki, Ukraynanı döyüş meydanında məğlub edə bilmədiyindən və Trampı danışıqlarda Ukraynaya təzyiq göstərməyə sövq etmək cəhdləri uğursuz olduğundan "B planı"nı işə salır.

Bu plan müxtəlif vasitələrlə - qorxutma və rusiyapərəst partiyalara investisiyalardan tutmuş, təxribatları, Ukraynaya Avropa dəstəyini sarsıtmağı əhatə edir:

"Putin üçün Avropaya hücum məhdud eskalasiya “menyusunda” ən açıq seçimdir. Rusiya artıq nüvə silahlarından başqa əlindəki hər şeyi Ukraynaya atır. Kremlin o qədər də irəli getməyəcəyinə inanmaq üçün kifayət qədər əsas var. Digər tərəfdən, Avropa həssas, parçalanmış və passivliyə meyillidir ki, bu da Kremlə xeyli təsir gücü verir".

Tarix
2026.08.27 / 08:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla