Yuxarı

Prezident Sarayına hücum: Şiddətli toqquşma... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Sarayına hücum: Şiddətli toqquşma... - Video

Səhər saatlarında Nigerin paytaxtı Niameydəki Diori Hamani Beynəlxalq Hava Limanı və Prezident Sarayı ətrafında şiddətli atəş səsləri eşidilib.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, Prezident Sarayına daxil olmağa çalışan silahlı qruplaşmanın zərərsizləşdirildiyi bildirilib.

Eyni zamanda sözügedən hava limanında yerləşən 101-ci hərbi bazaya da hücum edilib.

Məlumata görə, təhlükəsizlik qüvvələri əraziyə nəzarəti bərpa edib və əməliyyat başladılıb. Əməliyyatlar çərçivəsində bir qrup silahlı şəxsin məhv edildiyi, bəzilərinin isə qaçdığı vurğulanıb.

Qeyd edək ki, hələlik heç bir silahlı qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Həmçinin Niger hökuməti də hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Xatırladaq ki, Diori Hamani aeroportu bu ilin yanvar ayında da hücuma məruz qalmışdı.

Tarix
2026.08.29 / 09:47
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla