14:59
Şimali Kipr Türk Respublikası sahillərində 279 sərnişinin olduğu gəmi batmağa başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Şimali Kipr mətbuatı məlumat yayıb.
“Girnə sahillərindən təxminən 2-2,5 kilometr aralıda üzən gəminin kapitanı arxa hissədən suyun dolduğunu görüb geri qayıtmağa çalışsa da, bu cəhd uğursuz olub”, - məlumatda qeyd olunub.
Hazırda xilasetmə əməliyyatları aparılır.
Gəminin batma səbəbi bilinmir.
***
Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisindən 159 nəfərin xilas edildiyi açıqlanıb.
Bu barədə Girnə şəhərinin meri Murad Şenkul məlumat verib.
***
Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel qəza nəticəsində ölənlərin olduğunu, xilasetmə işlərinin davam etdiyini bildirib.
***
Kipr sahillərində baş verən gəmi qəzasında altı nəfər həlak olub.
Bu barədə Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel məlumat verib.
Onun sözlərinə görə, 172 nəfər təxliyə edilib.
***
Ünal Üstel bildirib ki, indiyə qədər 237 nəfər xilas edilib, 7 nəfər həlak olub.
23 nəfərin axtarışı davam edir.
***
Şimali Kiprin Girne şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 8-ə çatıb.