Yuxarı

Putin bunu eşidən kimi Retklifflə görüşdən imtina edib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin bunu eşidən kimi Retklifflə görüşdən imtina edib

Rusiya Prezidenti Vladimir Putin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklifflə görüşə əvvəlcədən hazır olub və mümkün danışıqlar üçün qrafikində vaxt da ayırıb.

Axar.az xəbər verir ki, bu barədə “Agenstvo” Kremlə yaxın mənbəyə istinadla məlumat yayıb.

“Lakin Retkliff tərəfindən gətirilən ismarışın məzmunu prezidentə çatdırıldıqdan sonra görüşün keçirilməsi məqsədəuyğun hesab edilməyib. Retkliff Moskvaya Rusiya rəhbərliyinə müharibəyə ən qısa müddətdə son qoymaq üçün danışıqlar aparmaq çağırışı ilə gəlib. O, Rusiyanın hərbi və iqtisadi vəziyyətinin pisləşdiyini və Moskvanın daha da zəifləməsini gözləməkdənsə, indi müqavilə bağlamasının daha sərfəli olduğunu güman edirdi. Səfəri zamanı Retkliff Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla görüşüb. Bu görüşlərdən sonra söhbətin məzmunu Putinə məruzə edilib, bundan sonra prezident MKİ direktoru ilə şəxsən görüşməkdən imtina edib. Onun ismarışı elə təsir bağışlayırdı ki, sanki Zelenski artıq Poklonnaya təpəsində dayanıb durbinlə Kremli izləyir. Deyəsən, Retkliff ünvanı səhv salıb”, - mənbə bildirib.

Tarix
2026.09.01 / 11:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İran Ermənistana xəbərdarlıq etdi

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla