Yuxarı

Zelenskidən dünyaya çağırış: Rusiya səması bağlanacaq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskidən dünyaya çağırış: Rusiya səması bağlanacaq!

Ukrayna Prezidenti Vladimir Zelenski beynəlxalq tərəfdaşlara və Rusiya şəhərlərinə uçuş həyata keçirən aviaşirkətlərə müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, dövlət başçısı Rusiya səmasının təhlükəsiz olmadığını bildirib.

"Rusiya hava məkanından istifadə edən hər bir aviaşirkəti, hər bir sığortaçını və hələ də əsas Rusiya hava limanlarından istifadə edən hər kəsi xəbərdar etmək istəyirik: Rusiya səması tamamilə təhlükəli hala gəlir", - deyə Zelenski vurğulayıb.

Eyni zamanda, prezident qeyd edib ki, Ukrayna mülki aviasiyaya, mülki təyyarələrə heç bir təhlükə yaratmır:

"Sadəcə, Rusiya səmasında o qədər çox sayda dron olacaq ki, diqqət yetirməliyik. Rusiya hakimiyyəti bunu düzgün şəkildə bildirməsə də, Rusiya səması faktiki olaraq bağlanacaq: Rusiyanın başlatdığı müharibə onun səmasını bağlayır".

Tarix
2026.09.02 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

İran Ermənistana xəbərdarlıq etdi

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla