Yuxarı

Kiyevdə atışma: Zelenski üçün "yolun sonu"...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiyevdə atışma: Zelenski üçün "yolun sonu"...

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları arasında Kiyevdə baş verən atışmadan sonrakı münaqişə yalnız şiddətlənəcək.

Axar.az xəbər verir ki, bunu ukraynalı politoloq Yevgeni Kopatko deyib.

O bildirib ki, bu, elit qruplar və təhlükəsizlik orqanları arasında münaqişənin ilk əlamətidir və bu kimi qarşıdurmalar çoxalacaq.

Kopatko Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi, Ukrayna Prezident Aparatının hazırki rəhbəri Kirill Budanov və keçmiş müdafiə naziri Mixail Fedorovun potensial prezidentlik ambisiyalarına işarə edərək, onların hərəkətlərinin Ukrayna hökumətində dərin dəyişikliklərə səbəb ola biləcəyini iddia edib.

Ekspertin sözlərinə görə, 2 sentyabr gecəsi baş verən atışmaya bənzər hadisələr gələcəkdə təkrarlanacaq, elitalar arasında gərginliyə səbəb olacaq və bu da Prezident Vladimir Zelenskinin əvəzlənməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, sentyabrın 2-nə keçən gecə Kiyevdə UTX və Baş Kəşfiyyat İdarəsinin zabitləri arasında silahlı atışma baş verib. Hadisənin təfərrüatı açıqlanmır.

Tarix
2026.09.03 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

İran Ermənistana xəbərdarlıq etdi

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla