Yuxarı

Nikol Bişkekdə Putinlə “tam” görüşdü: bu da nəticə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol Bişkekdə Putinlə “tam” görüşdü: bu da nəticə...

Əminliklə deyə bilərik ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekə səfəri tamamilə uğursuz nəticələnib.

Axar.az xəbər verir ki, bunu erməni siyasi texnoloq Armen Badalyan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən son görüşü şərh edərkən deyib.

“Paşinyanın cəmi iki tamformatlı görüşü baş tutub: Azərbaycan və Rusiya prezidentləri ilə. Digər şəxslərlə isə danışıqlar sürətləndirilmiş rejimdə, yəni ayaqüstü keçirilib. Bunu isə uğursuzluqdan başqa heç cür adlandırmaq mümkün deyil. Putinlə görüşə gəlincə, bu görüş də uğursuz alınıb. Niyə? Gəlin, nəticələrə nəzər salaq. Bu görüşdən sonra Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar aradan qalxmayıb. Onlar heç cür ləğv edilməyib. İkincisi, Putin Paşinyandan yenidən referendum keçirməsini tələb edib. Bu məsələdə Rusiyanın mövqeyini anlamaq olar. Paşinyan konkret qanun qəbul edib. Bu məsələdə Putin haqlıdır. Əgər sən AB-yə üzvlüklə bağlı qanun qəbul etmisənsə, deməli, artıq Aİİ-dən çıxmağa hazırsan. Yəni, faktiki olaraq, sən artıq etibarlı tərəfdaş olmaqdan çıxmısan. Əgər etibarlı tərəfdaş deyilsənsə, səninlə birgə biznes layihələri həyata keçirməyəcəklər. Məsələn, birgə investisiya müəssisələri və ya korporasiyalar yaratmayacaqlar. Heç kim belə genişmiqyaslı layihələrə sərmayə qoymaq istəməz, çünki hamı anlayır ki, gec-tez bu sərmayələr boşa çıxa və bütün görülən işlər heçə enə bilər. Bundan əlavə, Moskvanın Ermənistan hakimiyyətinin, məsələn, elə AB-nin maraqları naminə Aİİ-nin fəaliyyətini sabotaj etməyəcəyinə dair heç bir zəmanəti yoxdur”, - o bildirib.

Tarix
2026.09.03 / 12:35
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İran Ermənistana xəbərdarlıq etdi

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla