30 mart seçkilərində hansı təriqət hansı partiyaya səs
verəcək?
"Axar.az" türk mətbuatına istinadən xəbər verir
ki, Türkiyədə təriqətlərin həm siyasi, həm də ictimai həyatında
ciddi rolu var. Məsələ ondadır ki, camaatlar (təriqətlər) siyasətdə
həmişə öz sözləri ilə ciddi mövqeyə sahib olublar. Hər halda bu
sualın cavabını təriqətlərin zaman-zaman siyasətdə hansı mövqe
ortaya qoyduqlarını, tarixən və indi hansı partiya ilə yaxın
olduqlarını araşdıraraq tapmaq olar.
Çərşənbə camaatı
Fateh
Çərşənbə adlı şəxsin ətrafında birləşən və sarıq, cübbə kimi
libasları ilə diqqət cəlb edən bir qrupdur. Şeyx vəzifəsində Mahmud
Ustaosmanoğlu oturur. AKP ilə yaxın olduqları ilə tanınırlar.
Keçmişdə isə daha çox Nəcməddin Ərbakana (Səadət Partiyası) səs
veriblər. Yeni nəslin məşhur siması Cübbəli Əhməd Xocanın da üzv
olduğu İsmayılağa qrupu (İsmayılağa camaatının mərkəzi olan
İsmayılağa məscidi Çərşənbə məhəlləsində yerləşir- red.) AKP və
Səadət Partiyası (SP) tərəfindədirlər.
Nurçular
İlham
qaynağı olaraq Səid Nursini "ustad" olaraq qəbul edirlər. Əsəri
"Risaley-i Nur" kitabını oxuyurlar. "Yeni Asiya", "Yeni Nəsil",
"Oxucular", "Yazıçılar", "Qırxıncı Xoca" kimi qruplarla
xatırlanırlar. Səid Nursinin yaşayan tələbələri Məhmət Qırxıncı,
Məhmət Fırıncı, Səid Özdəmir "abi" olaraq tanınırlar. Ərbakanla
deyil, Məndərəslə başlayan "Demokrat" ənənəsinə sadiq qalırlar.
Çoxları 28 fevral çevrilişinə qədər Süleyman Dəmirəli dəstəkləyib.
Nurçu qruplardan olanlar 2002-ci ildən sonra Demokrat partiyası ilə
əlaqələrini saxlasalar da, axırı vaxtlar çoxlarının səsi AKP-yə
gedir. Qarşıdakı seçkilərdə də bu cür olacağı gözlənilir.
Mənzil camaatı

Adı Adıyaman şəhərinin Mənzil kəndindən götürülüb. Türkiyənin ən
yayğın qruplarındandır. "Səmərqənd və Bilvanis" qrupları olaraq da
tanınırlar. TÜMSİAD (Sənayeçilər və biznesmenlər dərnəyi) adlı
axırı vaxtlar güclənən biznesmenlər dərnəyi var. AKP içində çox
güclü təmsil olunurlar. "Mənzilçilər" içərisində BBP və MHP-yə
yaxın olanlar olsa da, kütləvi olaraq AKP-yə dəstək verirlər.
Süleymançılar

Tələbə yataqxanaları, Quran kursları vasitələri ilə Türkiyənin
və dünyanın müxtəlif yerlərində yerləşiblər. Qurucusu Süleyman
Hilmi Tunaxanın adına görə "süleymançılar" olaraq adlandırırlar.
Tunaxanın kürəkəni Kamal Qacarın ölümündən sonra nəvəsi Əhməd və
Məhmət Dənizolqun arasında problem yaranıb. Lider olaraq görülən
Arif Əhməd Dənizolqun, Məsud Yılmazın hakimiyyəti dövründən qısa
müddətlik Nəqliyyat naziri olub. AKP ilə yola getmədilər. ANAP və
MHP-yə dəstək verdi. O biri qardaş Məhmət Dənizolqun isə iki dəfə
AKP-dən millət vəkili olub. Kütləvi olaraq səsləri MHP və
AKP-nindir.
Ərənkənd Camaatı

Ərbilli Məhmət Əsəd Əfəndinin Ərənkənddə aldığı malikanə ilə
təməlləri atılıb. Nəqşibəndi ənənələrini yaşadırlar. Əsədin
xəlifəsi Mahmud Sami Ramazanoğlu tərəfindən camaat formasına
salındığı deyilə bilər. Ərənkənd qrupunun hazırki lideri Osman Nuri
Topbaş Xocadır. Ankarada Muradiyə Vəqfi olaraq tanınır. AKP ilə
"sıfır problem" əlaqəsini saxlayan qruplar içərisində Ərənkənd
camaatı birincidir.
İskəndərpaşa camaatı
Mərhum
Ərbakan və Özalın da simpatiya bəslədiyi bir camaatdır. AKP-nin
qabaqcıl funksonerləri bu camaatdan gəlib. 28 fevral çevrilişindən
sonra Avstraliyaya gedən liderləri professor, doktor Əsəd Coşan
2001-ci ilə avtomobil qəzasında vəfat edib. Yerinə oğlu Nurəddin
Coşan gəldi. Son seçkilərdə MHP-yə səs verin çağırışı etsə də,
kütlənin böyük hissəsinin AKP-yə səs verdiyi deyilir. Sonradan
İskəndərpaşa qrupu AKP-yə daha da yaxınlaşıb.
Fətullah Gülənçilər

Nurçuluq
məktəbindən gəlsələr də, daha sonra Fətullah Gülən bir növ müstəqil
hərəkat yaradaraq Nur məktəbindən ayrılıblar. Siyasi şəraitə son
dərəcə diqqətlə yanaşan bu qrup hər dövr fərqli bir partiyanı
dəstəkləyib. Son vaxtlar AKP-ni dəstəkləyən gülənçilər 17 dekabrdan
sonra yollarını ayırıblar. "Təki AKP olmasın, kim olur-olsun"
fikrindədirlər.
Xəlvətiyyə Şabaniyyə

Xəlvəti
təriqəti içərisində ən aktiv qruplardandırlar. Şeyxləri Məhmət
Dumludur. AKP ilə yaxındırlar.
Qalibilər

Qədiri-Rufai təriqət ənənələrinə bağlı olanlardır. Bir vaxtlar
"şiş çəkmə" ritualları ilə məşhurlaşıblar. Şeyxləri Hacı Qalib
Həsən Quşçuoğluna görə "Qalibilər" olaraq adlandırırlar. Ankarada
satıcılar arasında təşkilatlanırlar. AKP ilə yaxındırlar.
İşıqçılar

Bu hərəkat adlarını Hüseyn Hilmi işıqdan götürüblər. "Türkiyə"
qəzeti və "İxlas" Holdinqin sahibi Ənvər Örən qrupun lideri idi.
Turqut Özaldan sonra AKP və Baş nazir Ərdoğana tam dəstək verdilər.
Bu dəstək qarşıdakı seçkilərdə də davam edəcək.
Qədiri Məhəmmədiyə

Qədiri təriqəti fərqli qollara ayrılmış vəziyyətdədir. İstanbul
və Ankarada kütləvi şəkildə yaşayan "Məhəmmədiyə" qrupunun lideri
seyid Məhəmməd Ustaoğludur. AKP-yə səs verirlər.
Tillo
və Norşin Şeyxləri

Mədrəsə
ənənənəsinin iki güclü qolu olaraq tanınırlar. Tillo şeyxlərinin
seçimi Ərdoğan və AKP-dən yanadır. Norşin qrupu isə bir vaxtlar
Numan Qurtulmuşun Xas partiyasının tərəfdarı idilər. Qarşıdakı
seçkilərdə AKP-yə səs verəcəklər.
Nəqşibəndi Yəhyalı camaatı

Mərkəzləri Kayserinin Yəhyalı vilayətinin yerləşir. Adlarını
Yəhyalı Hacı Həsən Əfəndidən alıblar. Kayserinin xaricində də
təşkilatlanan qrup AKP-yə səs verir.
Adnan Xoca qrupu

Özünə məxsus bir hərəkatdır. Bir vaxtlar Ərbakanla yaxın
münasibəti olan Adnan Xoca son vaxtlar "Tayyib Xocam" dediyi Baş
nazir Ərdoğan və AKP-ni bəyəndiyini bildirir.