Yuxarı

Heydərov FHN komandalarının üzvləri ilə görüşdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydərov FHN komandalarının üzvləri ilə görüşdü - Video

İyunun 23-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Mərakeş Krallığının Kasablanka şəhərində keçirilmiş III Dünya Korporativ Oyunlarında ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr göstərmiş Nazirliyin kişilərdən ibarət voleybol komandası, 3x3 basketbol yarışlarında mübarizə aparan FHN-in kişilərdən ibarət basketbol komandası və stolüstü tennis üzrə komandasının üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, nazir Kəmaləddin Heydərov cari ilin 5-7 iyun 2026-cı il tarixlərində Mərakeş Krallığının Kasablanka şəhərində keçirilmiş III Dünya Korporativ Oyunlarında fərqlənərək yüksək nəticələr göstərmiş Nazirliyin komandalarının üzlərini təbrik edərək onlara gələcək yarışlarda yeni-yeni nailiyyətlər arzu edib.

Ölkəmizdə idmana göstərilən diqqət və qayğının Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin əsas istiqamətlərindən biri olduğunu xatırladan nazir K.Heydərov Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü mütərəqqi siyasət nəticəsində idmanın bir çox sahələrində böyük nailiyyətlər əldə olunduğunu bildirib. Bu gün Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını deyən nazir K.Heydərov ölkəmizin idman sahəsində əldə etdiyi tarixi nailiyyətlərin əhəmiyyətindən ətraflı bəhs edib. Bu çərçivədə, nazir FHN-in idmançı-əməkdaşlarının da müxtəlif beynəlxalq yarış və turnirlərdə daim yüksək nəticələr göstərərək ölkəmizi layiqincə təmsil etdiklərini bildirib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Xatırldaq ki, müxtəlif idman növləri üzrə 180 komandadan 1500-ə yaxın idmançının öz qüvvələrini sınadığı III Dünya Korporativ Oyunlarında Azərbaycanı təmsil edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət voleybol və 3x3 basketbol yarışlarında mübarizə aparan FHN-in kişilərdən ibarət basketbol komandaları qızıl medallara sahib olublar. Stolüstü tennis üzrə yarışda isə FHN-in əməkdaşı bürünc medala layiq görülüb.

Tarix
2026.06.23 / 18:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla