Yuxarı

Türkiyədən Avropaya: "Razılaşmanı ləğv edərik"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Avropaya: "Razılaşmanı ləğv edərik"

2016-cı il bitmədən Avropa Birliyi Türkiyə vətəndaşları üçün sadələşdirilmiş viza rejimini tətbiq etməlidir. Əks halda, Türkiyə hökuməti miqrant razılaşmasının üzərinə düşən öhdəliklərini ləğv edə bilər.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Avropa Birliyi işləri üzrə naziri və müşaviri Ömər Çelik "Röyter"ə açıqlamasında deyib.

"Brüssel Türkiyə konstitusiyasında terrorla mübarizə ilə bağlı olan maddələrdə dəyişiklik edilməsini tələb edib. Fikrimcə, bu istək sadələşdirilmiş viza rejiminin önündəki ən böyük maneədir. Biz onların verdikləri sözü tutmadığını düşünürük. Belə olan halda, miqrant razılaşmasının üzərimizə düşən öhdəliklərini yerinə yetirməyəcəyik və lazım gələrsə, müqavilədən imtina edəcəyik", - nazir bildirib.

Qeyd edək ki, tərəflər arasında əldə edilən razılaşmaya görə, Avropaya axın edən miqrantların Türkiyədə yerləşdirilməsi qarşılığında Avropa Birliyi rəsmi Ankaraya 3 milyard avro həcmində yardım etməli idi. Bundan əlavə, razılaşmada AB-nin Türkiyə vətəndaşları üçün sadələşdirilmiş viza rejimini tətbiq etməsi də nəzərdə tutulmuşdu.

Lakin Avropa bu şərtlərdən hələ ki, heç birini yerinə yetirməyib.

Tarix
2016.10.19 / 00:50
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla