Yuxarı

Bəd proqnoz: Rusiya iqtisadiyyatı daha 20 il...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəd proqnoz: Rusiya iqtisadiyyatı daha 20 il...

Rusiya iqtisadiyyatı daha 20 il durğunluq dövrü keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Vedemosti" qəzeti yayıb. Rusiya İqtisadi İnkişaf Nazirliyinin ölkənin 2035-ci ilə qədər hazırladığı sosial-iqtisadi inkişaf proqnozlarına diqqət çəkən qəzet Rusiyanın yalnız 2035-ci ildə iqtisadiyyatdakı durğunluğun öhdəsindən gələ biləcəyini bildirib:

"İqtisadiyyatda növbəti 20 ildə çox zəif artım olacaq. Artım 1,7%-lə 2,6% arasında dəyişəcək. Bu, təxminən orta statistik dünya tempindən 1,5 dəfə azdır. Nəticədə Rusiya kasıb ölkələr sırasına yaxınlaşmağa başlayacaq. 20 il ərzində ümum daxili məhsulu yalnız 1,5 dəfə artırmaq mümkün olacaq. Əhalinin real gəlirləri il ərzində ortalama 1,4% artacaq və 2013-cü il səviyyəsinə yalnız 2021-ci ildə çatacaq. 2035-ci ildə isə bu göstəricini 30% çoxalacaq. 2021-ci ildə həmçinin üç illik investisiya böhranının təsirini ortadan qaldırmaq mümkün olacaq. İnvestisiyalar 2013-cü il səviyyəsinə qalxacaq, amma onların artım tempi də zəif olacaq. Bu, təxminən illik 3,3% təşkil edəcək. İxracat illik 2%, idxalat isə 4% artacaq. Neftin qiyməti 20 il ərzində yavaş-yavaş qalxacaq. Neft 2020-ci ildə 57 dollar, 2030-cu ildə 70 dollar, 2035-ci ildə 76,7 dollar olacaq. Neft bazarında yaxın 20 il ərzində heç bir yeni şok olmayacaq.

Əhalinin məşğulluq səviyyəsi 20 il ərzində demək olar ki, dəyişməyəcək. 2016-ci ildə bu, 68,4 milyon nəfər olacaq. Məşğulluq 2026-2028-ci illərdə ən aşağı səviyyəyə - 66,6 milyona enəcək və yalnız 2035-ci ildə 68,4 milyona çatacaq. Ölkədə demoqrafik uğursuzluğu Rusiyaya gələcək illik 300 min miqrant axını kompensasiya edəcək".

Tarix
2016.10.21 / 00:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla