Yuxarı

“Vikiliks” Obamanın gizli məktublarını yaydı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Vikiliks” Obamanın gizli məktublarını yaydı

"Vikilikis" saytı ABŞ Prezidenti Barak Obamanın iki elektron ünvanını və bir neçə məktubunu yayımlayıb.

Axar.az xəbər verir ki, açıqlanan hər iki elektron ünvan hazırda istifadə olunmur. Yayımlanan 7 məktubun altısı isə Obamaya 2008-ci ildə göndərilib. Onlardan 3-ü 4 noyabr 2008-ci il, yəni Obamanın prezident seçildiyi gün yazılıb.

Prezident seçkilərindən əvvəl yazılan məktubların birində nazir postlarına gətiriləcək şəxslərin adları qeyd olunub. Məktubların müəllifi isə Obamanın müşaviri olmuş Maykl Formandır.

Forman milli azlıqların nümayəndələrinin də adlarının hökumətin tərkibində yer alacaq şəxslərin siyahısına daxil edilməsini istəyib.

"Vikiliks"in məlumatın a görə, ikinci siyahıda Obamanın komandasına daxil ola biləcək qadınlardan bəhs olunub. Lakin həmin sənədlərdə konkret ad və soyad yoxdur.

Göründüyü kimi, Obama müşavirinin məsləhətinə qulaq asıb. İlk hökumətdə prezidentin komandasına 4 qadın daxil oldu – dövlət katibi Hillari Klinton, Ədliyyə naziri və baş prokuror Erik Holder və Asiya mənşəli 3 qadın.

Seçki günü Obamaya göndərilən məktubda onun noyabrın 15-də (2008-ci il) Vaşinqtonda keçiriləcək G-20 sammitində iştirakı müzakirə olunub. Məktubda qeyd olunub ki, bəzi məsləhətçilər yeni seçilmiş prezidentə bu tədbirdən imtina etməyi təklif ediblər. Çünki Obama prezident səlahiyyətlərini yalnız inauqurasiya mərasimindən sonra icra edə bilərdi. Ona görə də ABŞ-ı həmin sammitdə Corc Buş təmsil etdi.

Tarix
2016.10.21 / 12:35
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla