Yuxarı

Yazıçıoğlunun ölümü: 36 nəfər həbs edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yazıçıoğlunun ölümü: 36 nəfər həbs edildi

Türkiyədə Böyük Birlik Partiyasının (BBP) sabiq sədri Möhsün Yazıçıoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində 36 nəfər həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ankara Baş Prokurorluğunun məlumatına görə, Yazıçıoğlu və onu müşayiət edən şəxslərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalar çərçivəsində şübhəlilər barəsində həbs qərarı çıxarılıb.

Onların FETÖ fəaliyyəti çərçivəsində “qəsdən və əvvəlcədən planlaşdırılaraq adam öldürmə” cinayətində iştirak etdikləri və həqiqətin üzə çıxarılmasına mane olmaq məqsədilə müxtəlif cinayətlər törətdikləri bildirilir.

İstintaq çərçivəsində Ankara daxil olmaqla, 16 vilayətdə 45 ünvanda axtarış aparılıb. Əvvəlcə 33, daha sonra isə daha 5 nəfər olmaqla ümumilikdə 38 şübhəli saxlanılıb.

Məhkəmə 36 şübhəlinin həbsinə, digər iki nəfər barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiqinə qərar verib.

Tarix
2026.09.29 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla