Yuxarı

İranın Gürcüstandakı səfiri diplomatik qalmaqal yaratdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Gürcüstandakı səfiri diplomatik qalmaqal yaratdı

İranın Gürcüstandakı səfiri Seyd Əli Moucani Feysbuk səhifəsində paylaşımı ilə diplomatik qalmaqal yaradıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, diplomat İran səfirliyinin binasının fasadına proyeksiya olunmuş gürcü çariçası Ketevanın təsvirini paylaşaraq tezliklə bu tarixi şəxsiyyət barədə ilkin araşdırmalarının nəticələrini təqdim edəcəyini bildirib.

Səfirin bu hərəkəti Gürcüstan parlamentinin üzvləri tərəfindən kəskin narazılıqla qarşılanıb. Parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze İran səfirini diplomatik protokol çərçivəsində qalmağı və tarixi məsələlərə dair şərhlərdən çəkinməyi tövsiyə edib.

“Səfirə məsləhət görürəm ki, tarixi ekskurslara dərindən baş vurmasın, çünki bu, onun işi deyil. Əgər iki ölkə arasında normal münasibətlərin qorunub saxlanılmasını istəyirsə, belə çıxışlardan çəkinməlidir”, - deyə o əlavə edib.

Komitə sədri qeyd edib ki, məsələ Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə onun ölkəyə qayıtmasından sonra müzakirə olunacaq.

Parlamentin hakim “Gürcü Arzusu” partiyasından olan üzvləri İrakli Kadaqişvili və Aluda Quduşauri də İran səfirinin paylaşımının onun səlahiyyətlərindən kənara çıxdığını bildiriblər. Deputatlar Gürcüstan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı reaksiyasının mütləq olacağını vurğulayıblar.

Tarix
2026.09.29 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla