Yuxarı

Türkiyədə daha 3 bələdiyyə sədri saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə daha 3 bələdiyyə sədri saxlanıldı

Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer, Yenişəhər Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli Bələdiyyəsinin sədri Əhməd Serkan Tuncer də daxil olmaqla, 59 şübhəli saxlanılıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, Mersin Respublika Baş Prokurorluğunun üç bələdiyyəyə qarşı apardığı korrupsiya istintaqı çərçivəsində səhər saatlarında eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı Mersin Böyükşəhər, Yenişəhər və Mezitli bələdiyyələrində, eyni zamanda şübhəli şəxslərin ünvanlarında axtarış aparılıb.

İstintaq çərçivəsində Mersin Böyükşəhər Bələdiyyəsində 13 tender və 63 birbaşa satınalma üzrə ümumilikdə 330 milyon 945 min lirə məbləğində dövlət zərərinin müəyyən edildiyi bildirilib.

Mezitli Bələdiyyəsində dövlət zərərinin 1 milyard 10 milyon 914 min lirəyə, Yenişəhər Bələdiyyəsində isə 105 milyon lirəyə çatdığı iddia edilib.

Bundan başqa, Mezitli Bələdiyyəsinin sədri Əhməd Serkan Tuncer barəsində silahlı cinayət təşkilatına rəhbərlik etmə ittihamı üzrə ayrıca araşdırma aparıldığı bildirilib. O, düşmənçilik münasibətində olduğu şəxslərin iş yerlərinə silahlı hücumlar təşkil etdirməkdə şübhəli bilinir.

Məlumata görə, silahlı hücumların hədəfləri arasında Yeni Partiyanın vilayət təşkilatının binası və “Çağın Medya” media qurumu da olub.

Tarix
2026.10.01 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla