Yuxarı

Saakaşvilinin xanımı geri çəkildi - İmtina

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvilinin xanımı geri çəkildi - İmtina

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovs Zuqdidi şəhərində birmandatlı dairə üzrə parlament seçkilərinin ikinci turunda iştirak etməyəcəyini açıqlayıb.

APA-nın məlumatına görə, S. Rulovs bunu bu gün "Odişi Nyus" telekanalına açıqlamasında bildirib.

Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd olan S.Rulovs deyib ki, səsvermə prosesinin gedişində ciddi pozuntular olub və seçkilərin ikinci turunda iştirak etməyi məqsədəuyğun saymır.

Qeyd edək ki, MSK-nın məlumatına görə, Zuqdidi dairəsi üzrə seçkilərin ilkin nəticələrinə əsasən S.Rulovs bu dairədə seçicilərin səslərinin 44,48 faizini, hakim Gürcü Arzusunun namizədi Edişer Toloraya isə səslərin 48,63 faizinin səsini toplayıb. Namizədlərdən heç biri 50+1 faiz səs toplamadığı üçün seçkilərin ikinci turu təşkil olunacaq. S.Rulovs ikinci turda iştirak etmək istəmədiyini açıqlasa da, seçki qanunvericiliyinə əsasən, ikinci turda da onun adı seçki bülletenində olacaq.

Tarix
2016.10.23 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla