Yuxarı

Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək

Səudiyyə Ərəbistanı husilərə qarşı müharibənin yeni mərhələsinə başlayır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“1. Husilərə qarşı güclü hücumlar başlayıb və dünənki hücumda Səudiyyə Ərəbistanının 125 ədəd döyüş təyyarəsi iştirak edib.

2. Səudiyyə Ərəbistanının nəzarətindəki Yəmən ərazilərində bir həftə əvvəl ümumi səfərbərlik elan olunub.

3. Rəsmi Yəmən hakimiyyəti (Səudiyyə Ərəbistanının nəzarətində olan) husilərə qarşı genişmiqyaslı hücuma başladığını açıqlayıb.

4. Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında hərbi razılaşma olan “Məkkə paktı” nəhayət ki, öz mövcudluğunu göstərdi. Pakta əsasən, qoşunlar Səudiyyə Ərəbistanı ərazisinə yerləşdirilməyə başlayır.

5. Bundan əvvəl “Məkkə paktı” Səudiyyə Ərəbistanına endirilən güclü hücumlardan sonra belə bir neçə həftə susqunluğunu qoruyub.

6. Daha əvvəl husilər də hücuma keçmişdi. 1) Onlar Səudiyyə Ərəbistanının neft ixrac etdiyi Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirib; 2) Bütün tankerlərin keçidinə icazə verəcəklərini, Səudiyyə Ərəbistanına məxsus tankerlərin isə buraxılmayacağını bildiriblər; 3) Səudiyyə Ərəbistanının neft-qaz infrastrukturuna raket və dronlarla güclü zərbələr endirilib. Nəticədə ciddi problemlər yaranıb.

7. Beləliklə, Səudiyyə Ərəbistanı əks-hücuma keçir.

8. “Məkkə paktı” isə geosiyasi baxımdan mövcudluğunu sübut etməli olduğu bir sınaqla üz-üzədir”, - o bildirib.

Qeyd edək ki, ötən gün Məkkə Sazişi çərçivəsində Türkiyə və Pakistan qüvvələrinin Ərəbistana yerləşdirilməsi barədə qərar qəbul olunub.

Tarix
2026.10.06 / 13:49
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla